ALMANİYA MÜTƏXƏSSİSLƏRİNİN SUMQAYITLILARA YARDIMI
Əldə olunmuş razılaşmalar çərçivəsində Sumqayıtda 30 nömrəli orta məktəbin bazasında idman meydançasının tikintisi başa çatmaqdadır, 78 kor uşağın Brayl üsulu ilə təhsil alması təşkil edilmişdir, şəhər uşaq xəstəxanasının nəzdində isə şəkərli diabet xəstəliyinə tutulmuş uşaqlar üçün xüsusi məktəb fəaliyyət göstərir.
Bu yaxınlarda Sumqayıtda olmuş almaniyalı ekspert Peter Lyubenau AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, şəhərdə alman dili mərkəzinin və uşaqlardan ötrü etimad telefonunun açılması üçün binalar ayrılmışdır. O, çirklənmiş ərazilərin kadastrının hazırlanmasına əlverişli şərait yaradılması ilə bağlı şəhər icra hakimiyyətinin gördüyü müsbət işi qeyd edərək vurğulamışdır ki, bununla əlaqədar, işçi qrupu və bu qrupu dəstəkləmək üçün əlaqələndirmə şurası təşkil olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]