Almaniyada Şuşanın işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir
Berlin, 9 may (AZƏRTAC). Mayın 8-də Berlində fəaliyyət göstərən “Bakı-Berlin” qalereyasında Şuşa şəhərinin işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri açan Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi, Şuşa şəhərinin işğalı və bu şəhərin Azərbaycan xalqı və mədəniyyəti üçün əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.
Potsdam Universitetinin professoru Vilfrid Furman “Şuşa - dağıdılmış mədəniyyət irsi” mövzusunda məruzə ilə çıxış etmişdir. İşğal nəticəsində Şuşa əhalisinə qarşı soyqırımı törədildiyini söyləyən V.Furman Şuşa şəhərinin işğaldan sonrakı vəziyyətinin narahatçılıq doğurduğunu bildirmiş və oradakı mövcud mədəni abidələrin tamamilə dağıdılaraq məhv edildiyini diqqətə çatdırmışdır.
Sonra Almaniyadakı diasporumuzun fəal üzvü Nabiə Hantel Elçinin Şuşa şəhərinin işğalından bəhs edən “Bayraqdar” romanından parçalar oxumuş, “Şuşanın dağları başı dumanlı” adlı musiqili hissə keçirilmişdir.
Tədbirdə Almaniyadakı Azərbaycan səfirliyinin əməkdaşları, alman ictimaiyyətinin və bu ölkədəki diasporumuzun üzvləri iştirak etmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]