Almaniyada yaşayan azərbaycanlılar ölkəmizin “Eurovision“ müsabiqəsində qələbəsini bayram etmişlər
Bakı, 16 may (AZƏRTAC). Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə soydaşlarımız Azərbaycanın “Eurovision-2011“ mahnı müsabiqəsində möhtəşəm qələbəsi münasibətilə Berlinin küçələrinə çıxıb bayram etmişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılova Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi adından Azərbaycan dövləti və xalqını, bütün dünya azərbaycanlılarını qələbə münasibətilə təbrik edərək bu hadisənin ölkəmizin Avropada müsbət imicinin formalaşmasına gözəl töhfə olduğunu demişdir.
Azərbaycanın məhz Almaniyada qələbə qazanmasından sevindiklərini xüsusi vurğulayan AAKM-in icraçı direktoru Avropadakı soydaşlarımız və türklərin də bu qələbənin əldə olunmasına töhfə verdiklərini söyləmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]