ALMANİYALI PENSİYAÇI QADIN AZ QALA TƏXMİNƏN 14 MİLYON AVROLUQ UDUŞDAN MƏHRUM OLACAQDI
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Almaniyanın şimal-qərbində kiçik bir şəhərin sakini olan 79 yaşlı yoxsul qadın ölkənin tarixində ən böyük lotereya uduşlarının birindən az qala məhrum olacaqdı. Uğurlu lotereya bileti və ya təxminən 14 milyon avro düz üç gün nənənin icarəyə götürdüyü mənzilin zibilqabında atılıb qalmışdı.
“VestLotto”nun nümayəndəsi bildirmişdir ki, cek-potu udmuş nənə təqribən 12 avro dəyərində lotereya biletinə öz ulduz falından rəqəmləri yazmış, ancaq bunu yaddan çıxararaq hamısını bir yerdə zibilqabına atmışdır. Nənə “VestLotto” şirkətinin uğurlu lotereya biletinin öz milyonlarını almaq istəməyən sahibini axtararkən bunları xatırlamağa başlamışdır.
Lotereyanı keçirən şirkətin nümayəndəsi Elmar Bamfaste demişdir: “Nənə evi alt-üst edərək, bileti inadla və uzun müddət axtardı. Nəhayət, o, bileti zibilqabından tapdı”.
Yaxşı ki, Almaniyada zibil çəlləklərini həftədə cəmi bir dəfə boşaldırlar, yoxsa nənə uduşdan məhrum olacaqdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:29]
İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq
- 28.05.2026 [19:15]
Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
- 28.05.2026 [18:55]
“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər
- 28.05.2026 [17:02]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub
- 28.05.2026 [16:53]
BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub
- 28.05.2026 [16:49]