Almaniyanın üç partiyası arasında koalisiya barədə danışıqlar davam edir
Berlin, 17 noyabr, AZƏRTAC
Almaniyanın yeni Bundestaqında koalisiyanın tərkibinin gələn həftə qəti formalaşacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu gün səhər sosial-demokratların, “Yaşıllar”ın və azad demokratların rəhbərləri koalisiya sazişini gələn həftə təqdim etməyə hazır olduqlarını bildiriblər.
Sosial-demokratların rəhbəri Lars Klinqbayl deyib: “Bəzi yerlərdə biz əvvəl planlaşdırılandan daha artıq irəliləyişə nail olmuşuq”. Onun həmkarları danışıqların konstruktiv şəraitdə keçdiyini söyləyiblər.
Əslində siyasətçilər razılaşmaların və mübahisələrin mahiyyəti barədə hələ heç nə deməyiblər. Onlar hansı partiyanın hansı nazirlikləri öz üzərinə götürəcəyini gələn həftə dəqiqləşdirəcəklər.
Çox ehtimal ki, ASDP nümayəndəsi Olaf Şolts kansler olacaq və dekabrın 6-da and içəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]