ALMATIDA “NEFT VƏ QAZ” SƏRGİSİNDƏ BAKI MÜƏSSİSƏLƏRİNİN MƏHSULLARI BÖYÜK MARAQ DOĞURMUŞDUR
Azərbaycanı bu sərgidə “Neftkimyamaş” Açıq Tipli Səhmdar Cəmiyyətinin Neft Maşınqayırması Elmi Tədqiqat və Layihə İnstitutu, “Keşlə maşınqayırma zavodu” və “Azərboru” səhmdar cəmiyyətləri təmsil etmişlər. Neft Maşınqayırması İnstitutunun direktoru Rauf Cabbarov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, biz sərgiyə neft-mədən və qazma avadanlığının planşetlərini və yeni texnologiya layihələrini gətirmişdik. Sərgidə bizim işlərimizə böyük maraq vardı və orada iştirak edən bir çox müəssisənin nümayəndələri ilə işbirliyi yaratmaq haqqında danışıqlar aparmışıq.
Keşlə maşınqayırma zavodunun nümayəndəsi Teymur İbadov da müəssisədə istehsal olunan neft avadanlığının maraqla qarşılandığını, sərgi çərçivəsində aparılan danışıqların və informasiya mübadiləsinin öz bəhrəsini verəcəyinə əmin olduğunu bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]