ALP DAĞLARINDA 100 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Frans Press agentliyinə istinadla xəbər verir ki, bu ilin yay aylarında Alp dağlarının Fransa, İtaliya və İsveçrəyə aid ərazilərində 100 nəfər həlak olmuşdur.
Dağ silsiləsinin İtaliya hissəsində 40 alpinist və səyyah dünyasını dəyişmişdir. İyulun 1-də Hollandiyadan olan ata və üç oğlu qar uçqununun altında qalaraq donmuşlar.
Fransa Alplarında həlak olanların sayı 30 nəfəri keçmişdir. Dağın Monblan zirvəsində 18 nəfər müxtəlif qəzalar zamanı ölmüşdür. Təkcə avqustun 14-də Monblan zirvəsində 6 alpinist və səyyah həlak olmuşdur. Dağın İsveçrə ərazisində isə 18 nəfər ölmüşdür.
Agentliyin məlumatında bildirilir ki, səfərə çıxmış alpinist və səyyahlar xəbərdarlıq edilmiş vaxtda geri qayıtmayaraq pis hava şəraitinə düşür və ya zirvəyə qalxarkən təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu isə sonda faciə ilə nəticələnir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]