AMEA Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb
Naxçıvan, 9 may, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi İctimai Təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirib ki, tədqiqatçı-alim Elmi-Tədqiqat və tədris-metodiki müəssisə əməkdaşlarının və ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində sözyaradıcılığı problemi” adlı ingilis dilindəki monoqrafiyasını layihə şəklində təqdim edib.
Beynəlxalq müsabiqənin bu günlərdə açıqlanan nəticələrinə görə Zülfiyyə İsmayıl dilçilik və ədəbiyyatşünaslıq sahəsində II dərəcəli diploma layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [19:16]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [17:54]
Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:13]
Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub
- 12.06.2026 [16:45]