AMEA-nın Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təsis yığıncağı keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, institutun direktor əvəzi, professor Fəxrəddin Veysəlli gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini qeyd etmişdir.
Sonra yeni yaranan şuraya namizədliyi irəli sürülən gənclər səsvermə yolu ilə üzv seçilmişlər.
İdarə heyətinin tərkibi 4 nəfərdən ibarət olmaqla Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, müavinləri filologiya üzrə fəlsəfə doktorları Cahid İsmayılov və Nəzakət Qazıyeva, katibi filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov seçilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]