Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilmişdir

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilmişdir

Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 27-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransı keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə akademiyanın rəyasət heyətinin 17 oktyabr tarixli qərarından sonra 42 elmi müəssisə və təşkilatda gənc alim və mütəxəssislər şuralarının yaradıldığını və bu qurumlara sədrlərin seçildiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, məqsəd gənclərin elmi fəaliyyətini stimullaşdırmaq, onların elmin inkişafındakı rolunu daha da artırmaqdır.

Qeyd olunmuşdur ki, son 10 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu gənclər siyasəti nəticəsində istedadlı və yaradıcı gənclərə, gənc alim və tədqiqatçılara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.

Hazırda ölkəmizdə öz sahələrində püxtələşmiş orta yaşlı alimlərin çoxluq təşkil etdiyini bildirən AMEA-nın prezidenti demişdir ki, gənclər həmin alimlərin təcrübələrindən faydalanmaqla çox ciddi uğurlara imza ata bilərlər.

Akif Əlizadə vurğulamışdır ki, Gənc Alim və Mütəxəssislər Şurası gələcəkdə məktəblərdə elm guşələri yaratmalıdır. Bu guşələrin yaradılması gənclərin elmə maraqlarının artırılmasına, onların bu sahəyə axınına təkan verər. Akademik gənclərin elmə cəlb edilməsini AMEA-da aparılan islahatların prioritet istiqamətlərindən olduğunu demişdir. Nəzərə çatdırmışdır ki, gənclər üçün Prezident mükafatının təsis olunması, “Gənc alim” analitik-informasiya sisteminin yaradılması, Gənc Alim və Mütəxəssislər Şurasının təsis olunması AMEA-nın gənclər siyasətinin əsasını təşkil edir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ölkəmizdə gənclərin elmə maraqlarının artırılması üçün real təşəbbüslərə və təkliflərə ehtiyac olduğunu, alimlərin orta yaş həddinin endirilməsinin vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, 5 il bundan əvvəllə müqayisədə ölkəmizdə akademiklərin və akademiyanın müxbir üzvlərinin sayı azalmışdır. Onların yerini dolduracaq gənc mütəxəssislər indidən hazırlanmalıdır. Alimlərin sayının süni surətdə artırılmasının yolverilməz olduğunu deyən Elnur Aslanov bildirmişdir ki, bunun üçün əlverişli mühit yaradılmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu gün Azərbaycanda milli tərəqqinin əsas yükü dövlətin üzərinə, təxminən 10 faizi isə özəl sektorun payına düşür. Halbuki elmdəki uğurlu nəticələrin praktikada tətbiqində özəl sektor həlledici rol oynamalıdır. Azərbaycan iqtisadiyyatında bu gün özəl sektorun böyük potensialı vardır. Özəl sektor elmin inkişafına daha çox investisiya qoymalıdır.

Elnur Aslanov bildirmişdir ki, tədqiqatçıların beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi olduqca vacibdir. Gənc alim və mütəxəssislər beynəlxalq və regional səviyyələrdə rezonans doğuracaq, diqqəti cəlb edəcək aktual mövzuları işləməlidirlər.

Prezident Administrasiyasının şöbə müdiri demişdir: “Əksər hallarda xaricdə təhsil alan və elmi tədqiqatlar aparan gənclərimızin 90 faizi Azərbaycan ilə bağlı mövzuların araşdırılmasına can atır. Araşdırmaların 75 faizi isə Dağlıq Qarabağ münaqişəsinə həsr olunur. Mən demirəm ki, bu məsələ xaricdə təhsil alan tələbələr tərəfindən araşdırılmamalıdır. Əlbəttə, araşdırılmalıdır. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı azərbaycanlı tələbə tərəfindən hansısa bir Böyük Britaniya universitetində araşdırma aparmaq və bunun nəticəsində öz elmi işini müdafiə etmək həddindən artıq asandır. Çünki azərbaycanlı münaqişənin səbəb və nəticələrini, haqlı tərəfin mövqeyini çox rahat şəkildə izah edə bilir. Azərbaycanlı tələbələr daha çox bu məsələlərə xarici alimləri cəlb etsələr, bu araşdırmaları onların, fikirləri və sözləri ilə yazdırsalar daha faydalı olar. Eyni zamanda, azərbaycanlı alimlərin və mütəxəssislərin dünyada mövcud olan digər problemləri araşdırmaları da çox müsbət nəticələr verər. Təbii ki, bu məsələlərin üzərində düşünməyə ehtiyac vardır”.

Elnur Aslanov hazırda dünya üzrə 3 milyarddan çox insanın internet istifadəçisi olduğunu bildirmişdir. Qeyd etmişdir ki, proqnozlara görə, 2020-ci ilədək bu göstərici 5 milyard nəfərə çatacaqdır. Bu gün Azərbaycanda internetə çıxış problemi yoxdur. Ölkədə hər 100 nəfərdən 70-i internet istifadəçisidir. Mobil internetdən istifadə edənlər isə daha çoxdur. Buna görə internetdən daha səmərəli faydalanmağa ehtiyac vardır.

İnternetdən istifadədə Vikipediyanın imkanlarından danışan şöbə müdiri vurğulamışdır ki, 30 milyondan çox ensiklopedik məqaləyə malik bu sosial şəbəkə 286 dildə fəaliyyət göstərir. Hər ay 100 milyonlarla istifadəçi bu şəbəkədən məlumatlar əldə edir. Vikipediyanın Azərbaycan bölməsində isə 65 min 800 istifadəçi fəaliyyət göstərsə də, onlardan cəmi 500-ə yaxını fəaldır. Bu isə çox azdır. Təəssüf ki, sosial şəbəkələrdə də intellektual diskussiya boşluğu hiss edilir. Azərbaycana qarşı əsassız ittihamlara verilən adekvat cavabları, reaksiyaları yetərli saymaq olmaz.

Elnur Aslanov bildirmişdir ki, bu gün Azərbaycan öz brendlərini, müasir standartlarını yaradır. Lakin xarici ölkələrdə humanitar mövzularda Azərbaycan modelinin tədqiqi, təbliği sahəsində nəşr olunan elmi məqalələrin sayı ürəkaçan səviyyədə deyil. Gənc alimlərimiz bu məsələlərdə həmyaşıdlarına nümunə olmalıdırlar. Onlar təkcə intellektləri ilə deyil, həm də dünyagörüşləri, şəxsiyyəti, hadisələrə, proseslərə düzgün və səlis yanaşmaları, bir neçə xarici dildə sərbəst danışmaları ilə fərqlənməlidirlər. Təəssüf ki, bu gün Azərbaycanın ingilis dilində nəşr olunan və xarici ölkələrdə də populyarlıq qazanmış elmi jurnalları barmaqla sayılacaq qədər azdır. Buraya gənc alimlər üçün ayrıca internet səhifələrinin kasadlığını, onların vahid informasiya bankının yoxluğunu da əlavə etmək olar.

Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, indi dünyaya çıxmaq çox asandır. Əvvəlki illərdə mövcud olan çətinliklər aradan qalxmışdır. Hər bir gənc alimin işləmək, istedadını, biliyini, elmi yeniliyini göstərmək üçün meydan açılmışdır. Biz bu sırada öz yerimizi tutmalıyıq. Azərbaycan gənclərinin bu gün dünyanın məşhur universitetlərində, elm mərkəzlərində əldə etdikləri nəticələr onu deməyə əsas verir ki, gənc alimlərimiz intellektual göstəricilərinə, bilik və bacarıqlarına görə heç də xarici həmyaşıdlarından geri qalmır, əksinə, bəzən onları üstələyirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə ölkəmizdə elmin inkişafı üzrə dövlət siyasətindən, gənc alimlərə göstərilən diqqət və qayğıdan danışmışdır.

Qeyd edilmişdir ki, son bir ildə AMEA-da aparılmış köklü islahatlar nəticəsində elmlə məşğul olan gənclərimiz üçün hər cür şərait yaradılmışdır.

Elçin Babayev gənclərə onlara göstərilən etimadı doğrultmağı, Vətənimizin, xalqımızın rifahı və xoşbəxt gələcəyi üçün çalışmağı tövsiyə etmişdir.

Elmin İnkişaf Fondunun ən böyük məqsədlərindən birinin Azərbaycanda alınan elmi nəticələrin dünya miqyasına çıxarılması olduğunu vurğulayan Elçin Babayev gənclərimizi qrant müsabiqələrində daha fəal olmağa çağırmışdır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və başqaları gənclərlə bağlı görülən işlərdən danışmış, Şuranın gələcək fəaliyyətində uğurlar arzulamışlar.

Çıxışlarda Azərbaycanın gənc alimlərə böyük ehtiyacı olduğunu vurğulanmış, yeni yaradılan Şuranın gənclərin elmi-intellektual inkişafında aparıcı rol oynayacağına əminlik ifadə olunmuşdur. Qurumun təsis edilməsi gələcəklərini elmə bağlayan gənclərin həyatında mühüm hadisə kimi qiymətləndirilmişdir.

Sonra səs çoxluğu ilə Gənc Alim və Mütəxəssislər Şurası təsis edilmişdir.

Bilik və bacarığı ilə fərqlənən 52 fəal gənc Şuraya üzv seçilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır

Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub

Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb

Yaponiyada sunami xəbərdarlığı elan olunub

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib VİDEO

Azərbaycan dilini öyrənmiş astanalı qız: Bu prosesdə musiqi böyük rol oynadı – MÜSAHİBƏ

Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb

Filippində güclü zəlzələ baş verib, ölənlər var YENİLƏNİB

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının konserti ilə yekun vurulub

Azərbaycanın media nümayəndələri Türkmənistan muzeyləri ilə tanış olublar

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Telegraph”: ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj

Si Cinpinin Şimali Koreyaya səfəri başlayıb

Tramp: Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq

Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün birgə uzaqmənzilli silah sistemləri istehsal edəcək

Florentino Peres yenidən “Real Madrid”in prezidenti seçilib

Hesabat: Nüvə dövlətləri arsenallarını modernləşdirməyə davam edir

Zelenskinin Londonda Avropa liderləri ilə görüşünün detalları açıqlanıb

“Tasnim”: İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

“Kan”: İsrail İranın raket hücumuna cavab vermək niyyətindədir

Türkiyədə yeni Konstitusiyanın hazırlanması istiqamətində addımlar sürətlənir

“Exit-poll”un nəticələrinə görə Nikol Paşinyanın partiyası səslərin 56,7 faizini qazanıb

“OPEC+” iyul ayı üçün neft hasilatının artırılmasını təsdiqləyib

Aralıq dənizində miqrant faciəsi: Ölənlər var

Tramp: Netanyahuya zəng edib İrana cavab verməməsini istəyəcəyəm

İraqda ağır yol qəzasında azı 21 nəfər ölüb

Tramp İrana müraciət edib: Masaya qayıdın və razılaşma əldə edin

Elektron səsvermənin nəticələrinə görə Nikol Paşinyanın partiyası seçkilərdə liderdir

Türkiyə və İranın XİN başçıları arasında telefon danışığı olub

İraq hava məkanını müvəqqəti bağlayıb

Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb

İran yenidən İsrailə hava zərbələri endirib

Əziz Yıldırım 8 ildən sonra yenidən “Fənərbağça”nın prezidenti seçilib

Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib

Danimarka millisinin kapitanı Kristian Eriksen Ukrayna ilə oyun zamanı huşunu itirərək yerə yıxılıb

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal

Sami Yusuf Mərakeşdə azərbaycanlı musiqiçilərlə eyni səhnəni bölüşüb