AMEA-nın prezidenti Polşada keçiriləcək beynəlxalq elmi konfransda iştirak edəcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə noyabrın 24-dən 28-dək Polşada ezamiyyətdə olacaqdır.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA-nın prezidenti Varşava Universitetində keçiriləcək “Azərbaycan-Polşa” II beynəlxalq elmi konfransında iştirak edəcəkdir.
Beynəlxalq tədbirdə A.Əlizadənin “Azərbaycan-Polşa elmi əlaqələri: keçmişdən gələcəyə, ənənədən müasirləşməyə doğru” mövzusunda məruzəsi dinləniləcəkdir.
Konfrans Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Varşava Universitetinin şərqşünaslıq fakültəsinin türkologiya və Orta Asiya xalqları bölməsinin təşkilatçılığı ilə həyata keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]