Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda müzakirəyə çıxarılan ilk məsələ “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, hər il Nobel mükafatlarının nəticələri açıqlandıqdan sonra ənənəvi olaraq bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında məruzələr dinlənilir, dünya elminin prioritetlərinə dair müzakirələr aparılır, Azərbaycan elminin dünya elmindəki mövqeyinin inkişaf tendensiyası qiymətləndirilir. Akademik İsa Həbibbəyli qeyd edib ki, bugünkü iclasda 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantlar da iştirak edirlər və Nobel mükafatları ilə bağlı təqdim olunacaq məruzə onların gələcək elmi fəaliyyətləri üçün də faydalı olacaq.

Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev “2025-ci ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsini təqdim edib.

Akademik bildirib ki, Nobel mükafatına namizədlər İsveç və Norveç Akademiyaları, Nobel komitələri, Nobel mükafatçıları və Akademiyanın məsləhət bildiyi alimlər tərəfindən irəli sürülür. Hər il Nobel fondu aparıcı alimlərə sorğular göndərir və təqribən bir neçə min alim, onların kəşfləri haqqında məlumat toplanır və filtrdən keçirilir, onlardan bir neçə yüzü nominant kimi seçilir, 5-6 əsas namizəddən - finalistdən isə ən çoxu 3-ü Nobel mükafatına layiq bilinir. O qeyd edib ki, bu günə kimi ən çox Nobel mükafatı alan ölkələr - ABŞ (402), Böyük Britaniya (137), Almaniya (109), Fransa (68), İsveç (33) olub və cəmi 1020 laureatdan 66-sı qadındır.

Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2025-ci ildə riyaziyyat Nobeli sayılan Abel mükafatına Masaki Kaşivara (Yaponiya), informatika sahəsində Türinq mükafatına isə Endryu Barto və Richard Satton (ABŞ) layiq görülüblər.

2025-ci ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatı ilə ABŞ alimləri Meri Brunka və Fred Ramstell və Şimon Sakaquçinin (Yaponiya) təltif edildiyini deyən məruzəçi mükafatın periferik immunoloji tolerantlığın immun sisteminin orqanizmə ziyanlı təsirinin qarşısını ala bilməsi sahəsində novator kəşflərə görə verildiyini bildirib. Kvant aləminin insan gözünə görünə bilən obyektlərdə də müşahidə oluna bilməsini sübut edən eksperimentlərə görə isə Con Klark (Böyük Britaniya, ABŞ-da işləyir), Mişel Devore (Fransa, ABŞ-da Yels Universitetində işləyir) və Con Martinisin (ABŞ) Fizika üzrə Nobel mükafatı ilə təltif edildiklərini diqqətə çatdırıb.

Akademik Dilqəm Tağıyev 2025-ci ildə Kimya üzrə Nobel mükafatı ilə Susumi Kitaqava (Yaponiya), Riçard Robson (Böyük Britaniya, Avstraliyada işləyir) və Ömər Yaqinin (İordaniya, ABŞ-da işəyir) metal-üzvi karkasların (MOF) yaradılması sahəsində uğurlu tədqiqatlara görə layiq görüldüklərini bildirib: “Laureatlar molekulyar memarlığın yeni formasını yaradıblar. Bu konstruksiyada uzun üzvi radikallar düyünlərdə yerləşən metallarla böyük həcmdə məsamələri olan kristallar əmələ gətirir (MOF – metal-orqanic frameworks). Onları alanda tikinti bloklarını elə seçmək olar ki, konkret ölçülü molekulları udmaq və ya saxlamaq qabiliyyətinə malik olsunlar. Bu baxımdan onların potensial imkanları yüksək qiymətləndirilir”.

Həmçinin macar yazıçısı Laslo Kraskaxorkianın inandırıcı və uzaqgörən yaradıcılığına, apokalipsiz dəhşətlərinə baxmayaraq, incəsənətin gücünü bir daha təsdiq edə bilməsinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldüyünü qeyd edib. Bundan əlavə, süni intellektin yeni texnologiyalarının köməyi ilə iqtisadiyyatın inkişafı və insanların rifahının yaxşılaşdırılması, innovasiyalar əsasında iqtisadi inkişafı izah etdiklərinə görə Joel Mokip (ABŞ) ilə Filip Aqion (Fransa) və Piter Xovidin (ABŞ) İqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldüklərini diqqətə çatdırıb. Mariya Korina Maçadonun isə 366 namizəd arasından Sülh üzrə Nobel mükafatı ilə təltif edildiyini söyləyib. Akademik Dilqəm Tağıyev, həmçinin müsəlman ölkələrinin Nobel mükafatçıları, Nobel mükafatını ala bilməyən məşhur alimlər, yazıçılar, mükafatla bağlı bəzi problemlər və çətinliklər barədə də danışıb.

Məruzədə, o cümlədən qeyd olunub ki, bu gün süni intellekt, kvant hesablamaları, ekoloji həll texnologiyaları – yaşıl energetika, karbonun udulma texnologiyaları və s., həyat elmləri (tibb, koqnitiv və biotexnologiyalar), yeni materiallar və nano texnologiyalar, yaşıl texnologiyalar və sənaye texnologiyaları dünya elminin əsas prioritetləridir.

Akademik Dilqəm Tağıyev çıxışının sonunda, həmçinin kimya sahəsində dünya elminin əsas prioritetlərinə də toxunub, AMEA-nın 2026-2030-cu illər üçün “İnkişaf strategiyasında və Yol xəritəsi”ndə kimya elmləri üzrə nəzərdə tutulmuş prioritet istiqamətləri təqdim edib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

Sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev Niderlandın paytaxtı Amsterdam şəhərində GEANT Assosiasiyasının 37-ci Baş Assambleyasının və GEANT Şəbəkə İnfrastrukturunun perspektivlərinə həsr olunmuş iclaslarda iştirakı haqqında məlumat verib. Qeyd edib ki, Baş Assambleyanın iclasında GEANT Assosiasiyasının fəaliyyəti ilə bağlı yeniliklər, GN5-2 layihəsinin Avropanın elm və təhsil şəbəkəsinin inkişafında strateji əhəmiyyətinə dair müzakirələr aparılıb. Müzakirələr zamanı GEANT-ın 2026-2030-cu illər üzrə strateji inkişaf istiqamətləri müəyyən edilib, milli elm və təhsil şəbəkələri arasında əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Akademik Rasim Əliquliyev, həmçinin Avropa Komissiyasının regional kibersuverenlik məsələlərinə diqqəti artırması, GEANT-ın Avropa tədqiqat ekosistemində rolunun genişlənməsi, GEANT-ın yol xəritəsi, milli elm və təhsil şəbəkələrinin infrastrukturunun Avropanın rəqəmsal suverenlik konsepsiyasının tələblərinə cavab verməsi, eləcə də bulud resurslarının suverenliyinin təmin olunması, açıq elmin dəstəklənməsi, kimi mövzuların da müzakirə olunduğunu deyib.

Məlumat dinlənildikdən sonra Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Həmçinin iclasda akademik Validə Əli-zadənin 80, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun 70 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

Sonra iclasda AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində elan olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsinin qalibləri təltif olunublar.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində, o cümlədən gənclər üçün də tədbirlər keçirilib və bu gün isə onlardan biri olan məqalə müsabiqəsinin qaliblərinə mükafatları təqdim ediləcək. Diqqətə çatdırıb ki, müsabiqədə Akademiyanın elmi müəssisə və təşkilatları ilə yanaşı, həmçinin Bakı Dövlət Universitetinin gənc mütəxəssislərinin də iştirakı üçün şərait yaradılıb. AMEA rəhbəri qeyd edib ki, ölkəmizdə süni intellekt sahəsində ilk dəfə keçirilən məqalə müsabiqəsinə 19 nəfər məqaləsini təqdim edib və məqsəd bu sahədə mütəxəssis hazırlama işinə gəncləri təşviq etməkdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, müsabiqə, həm də dövlət başçısının AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində süni intellekt və rəqəmsal inkişafla bağlı alimlərimiz qarşısında qoyduğu vəzifələrin icrasına öz töhfəsini verəcək.

Akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavərinin sədrliyi ilə müsabiqənin keçirilməsi üçün Komissiyanın yaradıldığını və AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin sədrliyi ilə isə məqalələrin Ekspertlər qrupu tərəfindən yoxlanıldığını bildirib.

Sonra akademik Rasim Əliquliyev müsabiqəyə təqdim olunmuş məqalələrlə bağlı fikirlərini bölüşüb.

Daha sonra gənclərə mükafatları təqdim olunub. Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Ləman Rüstəmli I yerin sahibi olub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Röya Mirzəbəyova II yer, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əyani doktorantı Cahandar Cabarov, AMEA-nın Gəncə Bölməsinin əməkdaşı İlahə Əsədzadə və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Rüzgar Camal III yeri tutublar. Həmçinin 13 nəfər həvəsləndirici mükafata layiq görülüb.

Bundan əlavə, Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri 2025-ci il üçün AMEA-da doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib. Daha sonra 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzuları müzakirə edilib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, bu il qəbul olmuş doktorantların mövzularının mütləq əksəriyyəti günümüzün aktual mövzuları olan süni intellekt, rəqəmsal inkişaf, etnolinqvistikaya həsr olunub və müasir dünya elminin çağırışları ilə də səsləşir. AMEA rəhbəri bildirib ki, bu mövzular Akademiyanın gələcək fəaliyyətində də prioritet istiqamətlərdəndir. Təqdim olunan dissertasiya mövzularının adlarının əvvəlcə şöbələrdə, daha sonra elmi şuralarda ciddi müzakirə edilməsinin vacibliyinə toxunan akademik İsa Həbibbəyli bunun elmimizin inkişafı üçün zəruri olduğunu söyləyib. Həmçinin yeni doktorantlara ustad dərsi keçəcəyini bildirən AMEA prezidenti vurğulayıb ki, bu, elmi kadrların hazırlanması və elmimizin gələcəyi baxımından borcumuzdur.

Sonra geniş müzakirələr aparılıb, bir sıra dissertasiyaların adlarında düzəlişlər edilərək mövzular və elmi rəhbərlər təsdiq olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə