AMEA Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə xalqımızın tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verilmiş, Xocalı soyqırımı həqiqətlərinin bütün dünyaya çatdırılması sahəsində fəallığın artırılmasının vacibliyindən danışılmışdır.
Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini zəbt etmələri, ermənilərin törətdikləri görünməmiş vəhşiliklər nəticəsində dinc əhalidən 613 nəfərin şəhid olduğu, 487 nəfərin şikəst qaldığı, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1.275 nəfərin əsir götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qaldığı qeyd edilmişdir.
Xocalı faciəsinin ağır nəticələrindən danışan institut əməkdaşları bu hadisələrin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləmiş, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etmişlər.
Çıxışçılar Xocalıda törədilmiş qırğını bəşər tarixində insanlığa sığmayan faciə adlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]