Anar Bağırov: Son illər ölkəmizdə qadın hüquqşünasların, vəkillərin sayı xeyli artıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Son illər ölkəmizdə qadın hüquqşünasların, vəkillərin sayı xeyli artıb.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində oktyabrın 19-da “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda keçirilən panel müzakirələrdə deyib.
Azərbaycanda qadınların hüquqlarının yüksək səviyyədə qorunduğunu, dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdıran Vəkillər Kollegiyasının sədri gender bərabərliyinin təmin olunmasının vacib məsələlərdən olduğunu qeyd edib. O, bu məsələdə QHT-lərlə birgə əməkdaşlığın xüsusi önəmini qeyd edib.
Hüquq-mühafizə orqanlarında, prokuror, ədliyyədə işə qəbul, rəhbərliyə irəli çəkilmə prosesində gender bərabərliyinin qorunmasına diqqət çəkən Anar Bağırov hesabatlılıq və şəffaflıqdan danışıb. Ödənişsiz hüquqi təminatların həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]