Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
2020-ci il sentyabrın 27-si Azərbaycan üçün adi bir payız səhəri kimi açılmadı. Altı il əvvəl bu tarixdən başlayan 44 günlük yol Şanlı Zəfərlə tamamlandı. Torpaqlarımız əsarətdən xilas edildi, üçrəngli bayrağımız doğma şəhər, kənd və qəsəbələrimizdə ucaldıldı.
Lakin müharibənin ağrı-acılı üzü də var... Azad edilmiş ərazilərdə dalğalanan üçrəngli bayrağın kölgəsində minlərlə şəhidimizin xatirəsi yaşayır. 27 sentyabr həm Zəfərə gedən yolun başlanğıcı, həm də müqəddəs amal uğrunda canlarından keçən qəhrəmanların anıldığı gündür.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqı Vətən fədailərinin uyuduğu müqəddəs məkanlara axışaraq, onların əziz xatirəsini dərin ehtiram, minnətdarlıq və hüznlə yad edir.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Səfiyar Məcnun
Videooperator - Mirrəsul Cəfərov