Ankarada Türkiyə ilə İspaniya arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Ankara, 17 noyabr, AZƏRTAC
İspaniyanın Baş naziri Pedro Sançes Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İspaniyanın Baş naziri Pedro Sançes arasında ikitərəfli görüş keçirilib.
Sonra Türkiyə-İspaniya Hökumətlərarası 7-ci Zirvə görüşü keçirilib.
Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Pedro Sançesin Türkiyə Prezident Administrasiyasında birgə mətbuat konfransı olub.
Türkiyə-İspaniya münasibətlərinin inkişaf istiqamətlərini yüksək dəyərləndirən liderlər gündəlikdə duran məsəllərdən bəhs ediblər.. Vurğulanıb ki, digər sahələrdə olduğu kimi, müdafiə sənayesində də birgə əməkdaşlıq böyük nəticələr verməkdədir.
Səfərin faydalı olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, 600 İspan şirkəti Türkiyəyə sərmayə qoyub, tərəflər müəyyən edilmiş hədəflərə çatmaq üçün qərarlıdırlar.
Baş naziri Pedro Sançes deyib: “Türkiyənin Avropa İttifaqının bir parçası olmasını istəyirik. Türkiyə sadəcə qonşumuz deyil, Avropa İttifaqının ortaq bir müttəfiqidir”.
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]