Aprelin 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaqdır. Axşam buludluluğun artacağı gözlənilir.
Temperatur gecə 8-13°, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacaqdır.
Bakıda gecə 11-13°, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 752 millimetr civə sütununa aşağı enəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 8-13°, gündüz 23-28°, bəzi yerlərdə 30°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 7-12°, gündüz 16-21°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-
Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperaturun gecə 8-12° isti, gündüz 24-28°, bəzi yerlərdə 30°-dək isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Lakin axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 7-12° , gündüz 22-27°, bəzi yerlərdə 29°-dək isti, dağlarda gecə 1-6° isti, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 23-28°, bəzi yerlərdə 30°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 9-13° isti, gündüz 23-28°, bəzi yerlərdə 30°-dək isti, dağlarda gecə 9-13° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 9-da Abşeron yarımadasında mülayim isti yaz havası meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, aprelin 10-da güclü xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.