Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQFETM-İN II SAMMİTİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

AQFETM-İN II SAMMİTİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

- Hörmətli cənab sədr!

Hörmətli dövlət və hökumət başçıları!

Xanımlar və cənablar!

İlk növbədə, bizə göstərilmiş qonaqpərvərliyə görə və sammitin gözəl təşkilinə görə Nursultan Abişoviç Nazarbayevə təşəkkür etmək istərdim.

Biz “Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirə”nin II sammitini dövlətlərimizin səylərini daha da əlaqələndirmək, regionda təhlükəsizlik tədbirlərini gücləndirmək, habelə səmərəli iqtisadi əməkdaşlığı qaydaya salmaq işində çox mühüm hadisə kimi qiymətləndiririk.

Asiya regionu dünyanın ən dinamik inkişaf edən regionudur. Bu gün və gələcəkdə onun inkişaf perspektivləri bütün sahələrdə daha səmərəli əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, bizi regional məsələlər bağlayır. İstərdik ki, iqtisadi əməkdaşlıq məsələlərində də böyük nailiyyətlər və irəliləyiş olsun. Bu baxımdan, planlaşdırdığımız mühüm nəqliyyat layihələrinin həyata keçirilməsi regional inkişaf üçün tamamilə yeni şərait yarada bilər. Bu isə regionumuzda təhlükəsizlik və sabitlik tədbirlərini möhkəmləndirməyin mühüm elementidir. Azərbaycan, öz növbəsində, nəqliyyat, kommunikasiya layihələrində mühüm rol oynamağa hazırdır. Biz Şərq-Qərb nəqliyyat dəhlizi layihəsində fəal iştirak edirik. Tarixi İpək yolunun bərpası ilə bağlı məsələlər regional inkişaf üçün, habelə Avropa ilə Asiya arasında əlaqələr üçün böyük maraq doğurur. Hazırda biz Avropa ilə Asiya arasında dəmir yolu əlaqəsi sisteminin möhkəmləndirilməsinə dair mühüm layihə üzərində fəal işləyirik. Bu baxımdan məhz Azərbaycan elə bir ölkədir ki, Asiya ilə Avropa arasında bu təbii körpü buradan keçir. Bizim vəzifəmiz bu strukturu möhkəmlətməkdən, tərəfdaşlarımız üçün sərfəli şərait yaratmaqdan və bununla da ölkələrimizin potensialını tam işə salmaqdan ibarətdir. Biz Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük əhəmiyyət veririk. Azərbaycan bunda da kifayət qədər fəal iştirak edir və özünün infrastrukturunu bütünlüklə tərəfdaş ölkələrin sərəncamına verməyə hazırdır.

Hər bir dövlətin inkişafı ancaq sabitlik şəraitində mümkündür. Dövlətlərimizin müsbət nümunəsi göstərir ki, sabitlik olan yerdə, ictimai konsensus olan yerdə inkişaf da var. Ölkələrimizin iqtisadiyyatlarının sürətlə inkişafı buna əyani sübutdur. Lakin regionumuzda böyük təhlükə də var. Bu gün artıq bu barədə danışıldı. Bu, ilk növbədə, beynəlxalq terrorizmdir. O, əslində, bütün planlarımızı alt-üst edə və sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər. Təcrübə göstərmişdir ki, bu bəla ilə təklikdə mübarizə aparmaq mümkün deyildir. Bu məsələdə bütün dövlətlərin səylərini sıx birləşdirmək lazımdır, vahid yanaşma lazımdır, ikili standartlardan qurtarmaq lazımdır. Terrorizmin milliyyəti yoxdur, dini yoxdur, ona görə də bu məsələyə vahid mövqedən yanaşmaq üçün çox ciddi səylər gərəkdir. Pis terror təşkilatları, bitərəf terror təşkilatları ola bilməz, onların hamısına eyni mövqedən yanaşılmalıdır. Terrorizmdən ziyan çəkən ölkə kimi Azərbaycan terrorizmlə mübarizə ilə bağlı bir çox tədbirlərdə iştirak edir. Biz bu istiqamətdə gələcəkdə də işləyəcəyik. Erməni terror təşkilatları ölkəmizdə 32 terror aktı törətmiş və bunun nəticəsində iki min günahsız vətəndaşımız həlak olmuşdur. Terrorizmin xalqımıza vurduğu ağrı-acılar yaxşı məlumdur. Ona görə də bir daha demək istəyirəm ki, yalnız birgə səylər, vahid yanaşma bu bəlanı aradan qaldırmağa imkan verə bilər.

Regionumuzdakı həll edilməmiş münaqişələr də sabitlik üçün potensial və praktik təhlükə törədir. Azərbaycan Ermənistanın təcavüzü nəticəsində ərazisinin 20 faizi işğal altında olan ölkədir və bu işğal artıq 10 ildən çoxdur davam edir. Azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə nəticəsində hazırda bir milyondan çox vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Biz ümid edirik ki, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələri yerinə yetiriləcəkdir. Təəssüf ki, BMT-nin dörd qətnaməsi indiyədək yerinə yetirilməyibdir. Bu qətnamələrdə bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsipidir və ona dönmədən əməl edilməlidir. O ki qaldı ölkələrimizin ərazilərindəki azlıqların təhlükəsiz yaşaması məsələsinə, onların, demək olar, hər birində milli azlıqlar var. Lakin azlıq olmaq hələ o demək deyil ki, ərazinin azlıq yaşayan hissəsinin ayrılmasını tələb etmək və davakar separatçılıq siyasəti yürütmək lazımdır. Bu gün qəbul ediləcək bəyannamədə bu barədə çox aydın bəhs edilir. Ərazi bütövlüyü, separatçılıqla mübarizə regional inkişafın və təhlükəsizliyin dəyişməz elementləridir. Çünki separatçılıq meyillərinə göz yumulsa, bu məsələdə də ikili standartlardan çıxış edilsə, bir yerdə ərazi bütövlüyünün pozulması mümkün, digər yerdə qeyri-mümkün sayılsa, onda bu, bir çox ölkələr və bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaqdır. Ona görə də bunun üzərində çox ciddi düşünmək və belə məsələlərin həllinə vahid mövqedən yanaşmaq lazımdır. Dünyada muxtariyyətlərin çox müsbət təcrübəsi mövcuddur. Muxtariyyətlər Asiya regionunda da, Avropa regionunda da var. Odur ki, bu cür hər bir münaqişə yalnız və yalnız beynəlxalq hüquq normaları çərçivəsində, etimad tədbirlərinin möhkəmləndirilməsi şəraitində həll olunmalıdır.

Azərbaycan regional əməkdaşlıq məsələlərində iştirakına özünün xarici siyasətinin çox mühüm elementi kimi baxır. Biz hesab edirik ki, gələcəkdə Asiya regionunda əməkdaşlıq genişlənəcək, inkişaf edəcək, ölkələrimizin həm iqtisadi potensialı, həm də qarşılıqlı siyasi fəaliyyəti buna təkan verəcəkdir. Biz, öz tərəfimizdən, bütün regional layihələrə fəal qoşulmağa hazırıq və bunlarda iştirak etmək niyyətindəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb