Aqil Məmmədov “Neftçi”də 50-ci matçını keçirib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının III turu Bakının “Neftçi” futbol klubunun qapıçısı Aqil Məmmədov üçün yubileylə əlamətdar olub.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “Qarabağ”la səfər matçı (1:2) qolkiperin Premyer Liqada “ağ-qaralar”ın heyətində keçirdiyi 50-ci oyun kimi yadda qalıb. O, 2015-2016-cı illərdə də şərəfini qoruduğu paytaxt təmsilçisinə 2019-cu ildə qayıdıb. A.Məmmədov bu müddətdə keçirdiyi 50 görüşdə 57 top buraxıb.
Qeyd edək ki, qapıçı Azərbaycan çempionatlarında “Neftçi”də 50 və daha çox oyun keçirən 7-ci qapıçıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]