AQRAR İSLAHATLAR BƏHRƏSİNİ VERİR
Ağdaş rayonunda aparılan aqrar islahatlar başa çatmış, rayon üzrə 29 min hektar əkinə yararlı sahə 56 min 700 nəfərin şəxsi mülkiyyətinə verilmişdir. Hər ailəyə orta hesabla 2,31 hektar torpaq payı düşmüşdür. 31 milyard manat həcmində əmlak da payçılar arasında bölünmüşdür. 372 ədəd yük avtomobili, 601 traktor, 23 pambıqyığan və 105 taxılbiçən maşın kəndlilərin xüsusi mülkiyyətinə verilmişdir. Torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması 92 faiz olmuş, bütün əsas göstəricilər üzrə məhsul istehsalı artmışdır.