Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar kreditlər, sığorta və subsidiyalar - Qubada fermerlərin sualları cavablandırılıb

Bakı, 19 fevral, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Tariyel İbrahimov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı sahəsi dinamik inkişaf edir, aqrar sektorda yüksək nəticələrin əldə olunmasında dövlət dəstəyi mexanizmlərinin rolu xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə işlərinin vacibliyini vurğulayan icra başçısının müavini bölgələrdə keçirilən bu cür panel müzakirələrini müsbət dəyərləndirib.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, 2025-ci ildə bölgələrdə təşkil olunan Aqrar Biznes festivalları çərçivəsində 14 rayonda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Bu il də analoji tədbirlərin davam etdiriləcəyini bildirən Anar Cəfərov ilk iki müzakirənin Oğuz və Qax rayonlarında keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu format bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir. Panel müzakirələrə dəstək verən dövlət qurumlarının sayının artdığını deyən Anar Cəfərov Quba rayonunda keçirilən müzakirələrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələrinin qatıldığını bildirib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təmsil etdiyi qurum dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə Aqrar İnnovasiya Mərkəzi ilə əməkdaşlığı daha da genişləndirib. Onun sözlərinə görə, regionlarda keçirilən panel müzakirələrə sahibkarların aktiv cəlb olunmasını bu əməkdaşlığın uğurlu nəticəsi hesab etmək olar. Vüqar Zeynalov fermer və sahibkarların maliyyə savadlılığının artırılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin və praktiki müzakirələrin əhəmiyyətini qeyd edib.

Biznes Mərkəzi Klubunun direktoru Rüfət Nadirli rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, fermer və sahibkarlara PR, media marketinq istiqamətində geniş dəstək verən Biznes Mərkəzi Klubu aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıqda maraqlıdır. Rüfət Nadirlinin sözlərinə görə, aqrar sahənin inkişafı həm də yerli məhsulların brendləşdirilib, markalaşdırılmış şəkildə yerli və xarici bazarlara çıxarılmasını tələb edir, bölgələrdə keçirilən bu cür məlumatlandırma sessiyaları bu prosesin daha da irəli getməsini təkan verir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında işğaldan azad olunmuş ərazilərdə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat verib. Qeyd edib ki, aqrar sahədə dövlətin dəstək mexanizmləri yalnız subsidiyaların verilməsi və güzəştli kreditlərin təqdim olunması ilə məhdudlaşmır. O, hazırda azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin elan edildiyini xatırladaraq, Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarları bu müsabiqələrdə aktiv iştiraka çağırıb. Şöbə müdiri investisiya müsabiqələrində iştirak qaydaları, layihələrin istiqamətləri, icarə müddəti, ərizələrin təqdim olunma proseduru və investisiya layihələrində nəzərə alınmalı əsas tələblər barədə iştirakçıları ətraflı məlumatlandırıb.

Quba İş Adamları Dəstək Platforması İdarə Heyətinin sədri Cabbar Heybətov çıxışında rəhbərlik etdiyi ictimai birlikdə aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarların birləşdiyini deyib. Fermerlər arasında davamlı maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayan təşkilat sədri bu istiqamətdə görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, QİAD Platforması bu cür panel müzakirələrin təşkilinə daim dəstək verməyə hazırdır.

Panel müzakirələr iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktorunun müşaviri Namiq Zeynalov Fond tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, kredit ayrılması üçün müraciət prosesi tam elektronlaşdırılıb və fermerlər istənilən bölgədən biznes plan və digər zəruri sənədləri Fondun ofisinə gəlmədən elektron qaydada təqdim edə bilirlər.

Panel müzakirələr çərçivəsində tərəfdaş qurumların nümayəndələri tərəfindən subsidiya, kredit, lizinq və sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, özəl maliyyə qurumlarından “Unibank”, “Aqrar Kredit” və “FINCA Azerbaijan” bank olmayan kredit təşkilatlarının nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.

Qeyd edək ki, 2025-ci il ərzində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda İmişli, Ağdaş, Zəngilan, Quba, Samux, Şəmkir, Kürdəmir, Xaçmaz, Göygöl, Şamaxı, Qusar və Saatlı rayonlarında, eləcə də Naxçıvan və Xankəndi şəhərlərində ümumilikdə 14 panel müzakirə keçirilib. 2026-cı ildə isə ilk belə müzakirələr Oğuz və Qax rayonlarında baş tutub.

Növbəti belə panel müzakirənin sabah Qusar rayonunda keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib