AQSİA üzvləri Astarada qazilər və şəhid ailələrinə dəstək göstəriblər
Bakı, 31 may, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə bir qrup sahibkar qadın və assosiasiyasının həkim üzvləri Astarada olublar.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində həkim heyəti Astaranın ucqar dağ kəndi olan Pəlikiş kəndində pasiyentləri qəbul ediblər.
Ginekoloji, pediatrik, dermatoloji və terapevtik xidmət göstərən həkimlər əsasən kəndin qaziləri, şəhid ailəsindən olan vətəndaşlara öz dəstəyini göstərib.
Bölgədə əsasən erkən nikah və qohum evliliklərinin törətdiyi fəsadlar haqda məlumat verən həkimlər, həmçinin bildirib ki, bura talassemiyadan ən çox əziyyət çəkən bölgələrdəndir.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “sağlamlıq və rifah” bəndinə əsaslanan bu səfər çərçivəsində müayinə və müalicə olunan kənd əhalisi assosiasiyaya bu təşəbbüsünə görə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [21:16]
“Ümid Yeri”ndə uşaqlara bayram sevinci yaşadılıb
- 28.05.2026 [20:35]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 28.05.2026 [18:23]
Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər
- 28.05.2026 [17:49]
Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib
- 28.05.2026 [17:14]