ARDNŞ-DƏ XARİCDƏ TƏHSİL ALACAQ TƏLƏBƏLƏRİN MÜSAHİBƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Təqaüdçülərin Seçilməsi üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə Komissiyası tərəfindən xarici ölkələrin nüfuzlu universitetlərinə daxil olmuş 12 tələbə ilə müsahibə keçirilmişdir.
Tələbələrin neft və qaz mühəndisliyi, biznesin idarə edilməsi, kommersiya hüququ, marketinq və kadrların idarə edilməsi ixtisasları üzrə Böyük Britaniyanın Aberdin, Birmingem, Bristol, Qlazqo, Dürhem, Dandi, Lankaster, Nottingem universitetlərinə, London Universitet Kollecinə və London İmperial Kollecinə, habelə ABŞ-ın Oklahoma Universitetinə qəbul olunmaları Komissiya üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir. Tələbələrlə təkbətək müsahibə aparılmış, onların ümumi-nəzəri hazırlığı yoxlanılmışdır. Tələbələrin Dövlət Neft Şirkətinin Təqaüd Proqramına cəlb edilməsi barədə Komissiyanın qərarı bir neçə gündən sonra ARDNŞ-nin veb-səhifəsində yerləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]