Ariana Qrande uzun fasilədən sonra səhnəyə qayıdıb
Bakı, 12 dekabr, AZƏRTAC
Ariana Qrande və Cennifer Hadson Nyu-Yorkdakı “Medison Skver Qarden”in səhnəsində Meraye Keriyə qoşulublar.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Ariana Qrande uzun müddət səhnələrdən uzaq qalıb. Müğənni son il ərzində xeyirxah cadugər Qlinda rolunu ifa etdiyi “Kinli” filmində çəkilişlərdə olub. Ona görə də bu ilin əvvəlində Londonda keçirilmiş konsert istisna olmaqla, onun fanatları canlı ifadan məhrum olmuşdular. Amma ötən istirahət günləri Ariana Qrande səhnəyə qayıdıb və Meraye Kerinin davam edən “Merry Christmas One and All” turu çərçivəsində xüsusi proqrama qoşulub.
“Merry Christmas One and All” amerikalı müğənni Meraye Kerinin ABŞ və Kanadada keçirilən 16 konsertdən ibarət on ikinci konsert turudur. Bu proqrama 2023-cü il noyabrın 15-də Kaliforniya ştatının Haylend şəhərində start verilib və dekabrın 17-də Nyu-Yorkda başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]