Arizona ştatında üç tornado nəticəsində xeyli ziyan dəymişdir
Bakı, 7 oktyabr (AZƏRTAC). ABŞ-ın Arizona ştatında gün ərzində 3 tornado nəticəsində 100 ev zədələnmişdir. CNN-nin məlumatına görə, təbii fəlakət zamanı 7 nəfər yaralanmışdır.
Burulğan 28 yük vaqonunu çevirmişdir. Meteoroloqlar tornadonun Bellmont və Badervill şəhərləri üzərindən keçdiyini bildirmişlər. Bu zaman 30 mobil ev, habelə xeyli minik və yük avtomobili çevrilmişdir. Burulğan arxasınca eni 800 metr və uzunluğu 1,5 kilometrdən çox dağılmış zona qoymuşdur.
Sinoptiklər Arizona və ona qonşu ştatlarda yeni tornadonun yaranması təhlükəsi barədə xəbərdarlıq etmişlər.
Bundan əlavə, ABŞ-ın cənub-qərb ştatlarında qeyri-sabit hava şəraiti davam etməkdədir. Həmin səbəbdən Kaliforniya ştatının cənubunda bir sıra şəhərlərdə yaşayış və inzibati binalar elektrik enerjisindən kəsilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:29]
İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq
- 28.05.2026 [19:15]
Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
- 28.05.2026 [18:55]
“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər
- 28.05.2026 [17:02]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub
- 28.05.2026 [16:53]
BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub
- 28.05.2026 [16:49]