“ARŞIN MAL ALAN” OPERETTASININ 90 İLLİYİ QEYD OLUNMUŞDUR
Yığıncaq iştirakçıları əvvəlcə operettanın yubileyi ilə əlaqədar təşkil olunmuş sərğiyə tamaşa etmişlər.
Çıxış edənlər bildirmişlər ki, “Arşın mal alan” operettası ilk dəfə 90 il əvvəl, 1913-cü il oktyabrın 25-də tamaşaya qoyulmuşdur. Lakin dahi Üzeyir Hacıbəyovun özü Sankt-Peterburqda olduğundan tamaşaya baxa bilməyib. Hüseynqulu Sarabskinin rejissorluq, Müslüm Maqomayevin drijorluq etdiyi tamaşanın səhnə taleyi uğurlu oldu. Ötən illər ərzində bu tamaşa dünyanın 50-dən çox ölkəsində göstərilib və 60-dan artıq dilə tərcümə edilib. 1945-ci ildə isə bu əsər əsasında kino çəkilib.
Tədbirdə “Arşın mal alan”ın Azərbaycan mədəniyyətində oynadığı rol barədə ətraflı söz açılmış, onun müəllifi ilə bağlı xatirələr söylənilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]