HEYDƏR ƏLİYEV - 1
Arxangelskdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş minifutbol üzrə Kubokun oyunları başa çatıb
![](/files/galleryphoto/2023/2/1200x630/16865843714701917086_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16865843712081127583_1200x630.jpg)
Moskva, 12 iyun, AZƏRTAC
Arxangelskdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş minifutbol üzrə Kubokun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Arxangelsk vilayətinin minifutbol üzrə ikinci liqa Kubokuna “Krasnaya zvezda” futbol komandası layiq görülüb. “Azərbaycan” minifutbol klubu (MFK) ikinci yerdə qərarlaşıb.
Rafiq Köçəliyev ikinci liqanın ən yaxşı bombardiri hesab olunub. O “Azərbaycan” komandasının tərkibində 78 qol vurub. Rafiq ikinci liqa Kubokunda bu ilin ən yaxşı bombardiri olub, həm də bütün liqalar arasında vurulan qollar üzrə rekord vurub.
Komandanın sponsoru qismində “Arxangelsk vilayətinin Azərbaycan diasporu” Regional İctimai Təşkilat çıxış edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva