MƏDƏNİYYƏT
“Aşıq Qərib” növbəti dəfə maraqla qarşılanıb
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” operası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinə Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda baxılıb.
Operanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Haciyeva, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir. Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsərində rolları Elnur Zeynalov, Rəvana Əmiraslanlı, Taleh Yahyayev, Rafiq Abbasov, Elşad Məmmədov, Mülahim Həsrətova, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Mütəllim Dəmirov ifa edib.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.