MƏDƏNİYYƏT
“ASİYA BAYRAMI”... BAKIDA KEÇİRİLƏCƏKDİR
Festivalın Azərbaycanda ilk dəfə keçirilməsinin məqsədi Asiya xalqlarının musiqisini daha dərindən və geniş təbliğ etmək, onu dünyada tanıtmaqdır. Tədbirdə respublikamızı Elşən Mansurovun rəhbərliyi ilə “Azəri” muğam qrupu, zurnaçılar dəstəsi və aşıq Rakif Hüseynov təmsil edəcəklər.
Festivalın təntənəli açılış mərasimi sentyabrın 10-da Xəzər Universitetində keçiriləcəkdir. Həmin gün veriləcək konsertdə ölkəmizin zurnaçılar dəstəsi, hindistanlı musiqiçilər və başqaları çıxış edəcəklər. İran musiqisindən ibarət konsert sentyabrın 11-də Alman-Azərbaycan “Kapellhaus” Mədəniyyət Mərkəzində olacaqdır.
Festival sentyabrın 12-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Asiya bayramı”nda iştirak edən ölkələrin musiqiçilərinin çıxışı ilə başa çatacaqdır.