ASK İŞ ADAMLARININ BEYNƏLXALQ SƏRGİLƏRDƏ İŞTİRAKININ TƏMİN EDİLMƏSİ İSTİQAMƏTİNDƏ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ASK azərbaycanlı iş adamlarının xarici ölkələrdə keçirilən sərgilərdə iştirakının təşkili istiqamətində fəaliyyətini genişləndirir.
Hazırda oktyabrın 14-dən 18-dək Türkiyənin Trabzon şəhərində keçiriləcək “Aqroweek-2008”, İstanbulda oktyabrın 20-dən 24-dək baş tutacaq “Musiad iş forumu”, oktyabrın 21-dən 25-dək davam edəcək “Medist-2008” sərgilərində azərbaycanlı iş adamlarının iştirakının təşkili məqsədi ilə hazırlıq işləri aparılır.
Bu sərgilərdə iştirakı nəzərdə tutulan 70-ə yaxın iş adamının əksəriyyətini regionlardan olanlar təşkil edəcəkdir. Bu da onların xarici ölkələrə çıxışının təmin olunmasına, yeni texnika və texnologiya almalarına köməklik göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]