AŞPA sədri: Gürcüstan demokratiya yolunda çox işlər görməlidir
Tbilisi, 30 aprel, AZƏRTAC
Gürcüstan Avropa Şurasına üzv olduqdan sonra çox mühüm addımlar atıb. Amma bu azdır və Gürcüstan hələ çox işlər görməli, qanunvericilik bazasını Avropa İttifaqının qanunlarına uyğunlaşdırmalıdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye aprelin 30-da Gürcüstanın Avropa Şurasına üzvlüyünün 20-ci ildönümü ilə əlaqədar Tbilisidə keçirilən mərasimdəki çıxışında söyləyib.
AŞPA sədri deyib ki, rəsmi Tbilisi qanunvericiliyin, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə yanaşı, ölkədə bütün siyasi tərəflər arasında dialoqu inkişaf etdirməlidir.
“Bir sözlə, Gürcüstan genişmiqyaslı islahatları davam etdirməlidir”, - deyə Lilian Mori Paskye vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]