Astarada yeniyetmə və gənclər arasında kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Astara, 7 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 7-də Astara şəhərindəki Dənizkənarı Park Bulvar Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışdan öncə çıxış edən rayon icra hakimiyyətinin baş məsləhətçisi Elşad Axundov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin irsindən, gənclər və idman sahəsində gördüyü işlərdən danışıblar.
134 yeniyetmə və gəncin iştirak etdiyi rayon birinciliyində qızlar 1, oğlanlar 2, yeniyetmə oğlanlar isə 1 kilometr məsafəyə qaçışda güclərini sınayıblar.
Sonda qaliblər rayon gənclər və idman idarəsinin diplomları və medallarla mükafatlandırılıblar.