Aşura günü Ağcabədidə keçirilən humanitar aksiyada 84 nəfər qan verib
Ağcabədi, 10 sentyabr, AZƏRTAC
Aşura günü ilə əlaqədar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında 84 nəfər qan verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyada rayon sakinləri, dindarlar fəal iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun əməkdaşları tərəfindən toplanan qan müayinədən keçirildikdən sonra hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.