Azərbaycan Dövlət İnformasiya Agentliyi

Auditorlar Palatasında “Auditdə kadr problemi” mövzusuna həsr edilmiş dəyirmi masa

Auditorlar Palatasında “Auditdə kadr problemi” mövzusuna həsr edilmiş dəyirmi masa

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Auditorlar Palatasında “Auditdə kadr problemi” mövzusunda onlayn dəyirmi masa təşkil edilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov açaraq kadr hazırlığı sahəsində görülmüş işlər, mövcud olan problemlər və qarşıya qoyulan məsələlərdən bəhs edib.

V.Novruzov kadr hazırlığı sahəsində korrupsiya, ƏL/TM (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi) və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəliklərinə həsr olunmuş tematik kursların, treninq və praktik məşğələlərin, seminar və dəyirmi masaların təşkil edildiyini, rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi sahəsində auditorların ixtisas səviyyələrinin yüksəldildiyini, təcrübəli auditorlar tərəfindən ustad dərslərinin təşkil edildiyini bildirib.

Auditorlar Palatasının sədri, eyni zamanda, ali təhsil müəssisələri ilə fəal əməkdaşlığa nail olmaqla, gənclərin auditor peşəsinə daha geniş cəlb olunmalarının təmin edilməsinin, kadr hazırlığının bütün mərhələlərini əhatə edən vahid koordinasiya sisteminin yaradılmasının, innovasiyalı, rəqəmsal və dayanıqlı iqtisadi inkişafa töhfəsini verəcək beynəlxalq sertifikatlı auditorların hazırlanmasının, auditor kadrlarının hazırlığı və yenidən hazırlanması ilə məşğul olan müəllimlərin seçim prosedurlarının təkmilləşdirilməsinin, ənənəvi maliyyə hesabatlılığı auditindən fərqli əlaqəli auditor xidmətləri və qeyri-maliyyə hesabatlarının auditi üzrə mütəxəssislərin yetişdirilməsinin, habelə ixtisasartırma kurslarının təşkilinin IFAC-ın Beynəlxalq Təhsil Standartlarının tələblərinə uyğun həyata keçirilməsinə nail olunmasının, yeni növ əlaqəli auditor xidmətləri üzrə tədris proqramlarının hazırlanmasının və tətbiqinin vacibliyini vurğulayıb.

Daha sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov əsas məruzəçi kimi “Auditdə kadr problemi” barədə geniş məruzə ilə çıxış edib.

Bildirib ki, Azərbaycanda auditor kadrlarının və onların ixtisas səviyyələrinin yüksəldilməsi üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla müasir sistem yaradılmış və fəaliyyət göstərməkdədir. Bu sistemə mühasibat uçotu və audit üzrə ali təhsilli mütəxəssislərin hazırlanması, auditor adı almaq üçün müraciət edən şəxslərin bilik səviyyələrinin müəyyənləşdirilməsi üzrə ixtisas imtahanlarının keçirilməsi və auditorların ixtisasartırma səviyyəsinin yüksəldilməsi üzrə hər il keçirilən ixtisasartırma kursları daxildir.

Müntəzəm olaraq 2012-2022-ci illər ərzində “Auditor təşkilatlarının əməkdaşları (assistentlər və mütəxəssislər) üçün ixtisasartırma kursları”, “Daxili audit”, “Auditorların ixtisasartırma kursları”, “Maliyyə hesabatlarının hazırlanmasına dair ixtisasartırma kursları” təşkil edilib.

Azərbaycanda auditin inkişafını şərtləndirən əsas amillərdən biri yüksək səviyyəli auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılmasıdır.

Auditorlar Palatası tərəfindən təşkil edilən ixtisasartırma kursları daimi, icbari və davamlı xüsusiyyətlə nəzəri və praktik istiqamət daşımalıdır. Nəzəri istiqamətdə təşkil olunan kurslar ölkədə audit, maliyyə-mühasibat, iqtisadi qanunvericilik sahəsində baş vermiş dəyişiklikləri, audit və mühasibat uçotu üzrə beynəlxalq və milli standartları, normativ sənədləri, yeni informasiya texnologiyalarından və proqramlardan istifadə olunmasını və digər məsələləri əhatə etməlidir. Praktik ixtisasartırma kursları isə yeni, qabaqcıl iş təcrübəsinin öyrənilməsi, beynəlxalq audit praktikasının mütərəqqi üsullarından istifadə olunması istiqamətlərini əks etdirməlidir.

Auditin və mühasibat uçotunun inkişafını zəruri edən amillərdən biri də rəqəmsallaşma nəticəsində əsas resursun maddi deyil, intellektual aktivlər olduğu iqtisadiyyata keçiddir. Məhz bu şəraitdə müəssisənin inteqrasiya olunmuş hesabatlılığa keçməsi zərurəti yaranır. Çünki ənənəvi maliyyə hesabatları məhsulların (işlərin, xidmətlərin) dəyərinin yaradılmasında əsas amilləri tam əks etdirmir.

Auditin inkişafı və auditor fəaliyyətinə ictimai marağın yüksəldilməsi auditorların hazırlanması və attestasiyası sisteminin təkmilləşdirilməsini, onların ixtisasartırma prosesinin fasiləsizliyini və çevikliyini təmin etməyi tələb edir.

Klassik audit sisteminin formalaşdırılması və auditor peşəsini seçən gənclərin bu fəaliyyətə cəlb edilməsi üçün kadr hazırlığının bütün mərhələlərini əhatə edən vahid koordinasiya sistemini reallaşdırmaq məqsədilə Auditorlar Palatasının Tədris Mərkəzi yaradılmalıdır.

Bəzi mütəxəssislər təklif edir ki, auditor peşəsinə əsas iqtisadi deyil, texniki təhsili olan namizədlərin cəlb edilməsinə üstünlük verilsin. İnkişafa belə bir baxışın əsaslandırılması üçün böyük şansı var, çünki təkcə maliyyə məsələlərində deyil ekspertiza, həm də tərəqqi perspektivlərinin, müasir texnologiyaların, risklərin və imkanların qiymətləndirilməsi və idarə olunması haqqında anlayışın əldə edilməsi də vacibdir. Bu halda qabaqcıl kompüter bilikləri maliyyə sektorunda çalışan istənilən işçi üçün əsas və zəruri hesab olunur.

Bu fikirlər bir-birini tamamlayır, çünki informasiya texnologiyalarının inkişafı İT sənayesi işçiləri olmadan mümkün deyil. Bu, mühasibat uçotu və auditin keyfiyyətcə yeni səviyyəyə çıxmasına imkan verəcək.

Mövzu ətrafında, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov, Daxili Auditorlar İnstitutunun Azərbaycan bölməsinin vitse-prezidenti Fuad Kələşli, Azərbaycan Kooperasiya Universitetinin İnsan resursları departamentinin rəhbəri Zakir Nazıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakültəsinin dekanı, dosent İlham Rüstəmov, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, Sərbəst auditor Nazim Axundov, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “Barattson” şirkətinin nümayəndəsi Pünhan Gəraylı, Bakı Biznes Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ayətulla Cabbarov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Məhəbbət Məmmədov çıxış edərək kadr hazırlığı məsələsinin əhəmiyyətindən, qarşıda duran problemlərdən bəhs etdilər.

Sonda V.Novruzov auditor və mühasib peşələrinin imicinin yüksəldilməsinin, auditor peşəsinə marağın artmasının, kadrların hazırlanmasının təkmilləşdirilməsinin Auditorlar Palatasının qarşısında duran əsas məsələlər olduğunu qeyd edərək dəyirmi masa iştirakçılarına tədbirə qoşulduqlarına görə öz təşəkkürünü bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

İmişlidə bir nəfər Araz çayında boğulub

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var