Avropa İttifaqı Şurası Ukraynaya 500 milyon avro məbləğində yeddinci yardım paketini ayırıb
Kiyev, 2 fevral, AZƏRTAC
Fevralın 2-də Avropa İttifaqı Şurası Ukraynaya 500 milyon avro məbləğində yeddinci yardım paketini ayırıb. Ukrayna, həmçinin Aİ-nin hərbi yardım missiyası üçün daha 45 milyon avro alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tviter səhifəsində yazıb.
"Bu gün Aİ Şurası Avropa Sülh Fondu vasitəsilə 500 milyon avroluq yeddinci yardım paketini və Aİ-nin hərbi yardım missiyası üçün daha 45 milyon avro ayırdı. Mən Rusiya üzərində qələbəni yaxınlaşdıran və həyatı vacib olan bu yardıma görə Aİ-yə minnətdaram”, - deyə nazir əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]
Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib
- 13.10.2026 [12:47]