AVROPA İTTİFAQINDA EV QUŞLARININ BEŞDƏ BİR HİSSƏSİ SALMONELLEZƏ YOLUXMUŞDUR
Məruzədə deyilir ki, bir sıra Avropa ölkələrində iri quşçuluq müəssisələrinin 50 faizindən çoxunda quşlar salmonellez ilə xəstələnmişdir. Məsələn, Çexiyada quşçuluq fermalarının 62 faizinin ərazisində xəstəliktörədən bakteriyalar aşkarlanmış, Polşa və İspaniyada bu müəssisələrin müvafiq olaraq 55 və 51 faizində quşlar həmin xəstəliyə yoluxmuşdur.
Agentliyin apardığı tədqiqat çərçivəsində 2004-cü ilin oktyabrından 2005-ci ilin sentyabrınadək Avropa İttifaqının müxtəlif ölkələrində 5 mindən çox quşçuluq ferması yoxlanılmışdır. Avropa nəzarət orqanının hesabatında bildirilir ki, infeksiya, xəstə quşların yumurtası ilə heç də həmişə ötürülmür. Bununla belə, ehtiyatlı olmaq məsləhət görülür.
Danimarka və Böyük Britaniya Avropa İttifaqının bəzi ölkələrindən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoymaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]