Avropa Komissiyası Ukraynadan meyvə-tərəvəz ixracına icazə verib
Kiyev, 6 sentyabr, AZƏRTAC
Ukrayna Avropa İttifaqı ölkələrinə meyvə-tərəvəzin müəyyən növlərini ixrac edə biləcək dövlətlərin siyahısına daxil edilib.
AZƏRTAC Ukraynanın Qida məhsullarının təhlükəsizliyi və istehlakçıların müdafiəsi məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Avropa Komissiyası ilə meyvə-tərəvəzin ixracı məsələlərinə dair aparılmış iş nəticəsində Ukrayna Avropa İttifaqı ölkələrinə meyvə-tərəvəzin müəyyən növlərini ixrac edə biləcək dövlətlərin siyahısına daxil edilib.
İdarədə bildiriblər: “Qida Məhsullarının Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Məsələləri üzrə Dövlət Xidməti bütün Ukraynanın karantin orqanizmlərindən azad ölkə hesab edilməsi barədə sorğu ilə Avropa Komissiyasına müraciət edib. Avropa Komissiyası bu müraciətə baxandan sonra Ukraynanı əlavə qeyri-tarif maneələri olmadan meyvə-tərəvəz ixrac etməyə icazə verilmiş ölkələrin siyahısına daxil edib”.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]