Avropa Parlamentində “Azərbaycan Avropa İttifaqı əlaqələri: geopolitik perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 25-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) “Dağlıq Qarabağ problemi Avropa gündəmində: Brüssel konfransı” layihəsi çərçivəsində Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin və Avropa Parlamenti nəzdində fəaliyyət göstərən “Clobal Comminotion” təşkilatının dəstəyi ilə Brüsseldə “Azərbaycan Avropa İttifaqı əlaqələri: geopolitik perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil olunan konfransda Avropa İttifaqı parlamentariləri Qraham Vatson və İnese Vaidere ilə yanaşı, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Azay Quliyev və ATXƏM-in sədri İlham İsmayılov məruzələrlə çıxış edəcək, müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]