Avstraliyanın Baş naziri Avropa İttifaqı ilə ticari razılaşma barədə danışıqları alqışlayıb
Tokio, 23 may, AZƏRTAC
Avstraliyanın Baş naziri Malkolm Ternbull Avropa İttifaqının (Aİ) onun ölkəsi ilə azad ticarət barədə danışıqları başlamaq barədə qərarını alqışladığını bildirib.
AZƏRTAC xəbər verir ki, M.Ternbull bu barədə bəyanatla mayın 23-də Kanberrada çıxış edib.
“Dünyanın bir çox regionlarında proteksionizmin dəstək aldığı belə bir vaxtda çoxtərəfli razılaşmanın bağlanması böyük uğur hesab edilə bilər”, - deyə Baş nazir vurğulayıb. M.Ternbull qeyd edib ki, Aİ ilə danışıqlar tezliklə başlayacaq və bu, ilk növbədə Avropa bazarına böyük məhdudiyyətlə çıxış əldə edən Avstraliya fermerləri üçün çox mühüm fayda verəcək.
Avstraliyanın ticarət naziri Stiven Çobo isə jurnalistlərlə söhbəti zamanı bildirib ki, qarşıda gözlənilən danışıqların operativliyi üstünlük təşkil etsə də, onun tezliklə əldə edilməsi üçün “gələcək razılaşmanın keyfiyyəti sürətə qurban verilməyəcək”.
Xatırladaq ki, mayın 22-də Aİ Şurası Avropa Komissiyasına Avstraliya və Yeni Zelandiya ilə ticari danışıqlara başlamaq və hər iki ölkə ilə danışıqların strategiyasını müəyyənləşdirmək barədə icazə verildiyini elan edib.
Bəyanatda qeyd edilir ki, Aİ hazırda Avstraliyanın üçüncü, Yeni Zelandiyanın isə ikinci ən böyük ticari tərəfdaşıdır. Bu ölkələrlə ikitərəfli ticarətin ümumi həcmi Avstraliya ilə 47,7 milyard avro, Yeni Zelandiya ilə isə 8,7 milyard avro təşkil edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]