Avstriyada Avropa Parlamentinə seçkilər mayın 26-da keçiriləcək
Vyana, 31 yanvar, AZƏRTAC
Avstriyada Avropa Parlamentinə növbəti seçkilərin keçiriləcəyi tarix müəyyənləşib. Ölkə parlamentinin baş komissiyası seçkilərin mayın 26-da keçirilməsi barədə yekdilliklə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, namizədlərin qeydiyyatına martın 12-də start veriləcək. Daxili İşlər Nazirliyində aparılacaq qeydiyyat prosesi aprelin 14-dək davam edəcək.
Avropa Parlamentinə seçki hüququ 16 yaşı tamam olmuş Avstriya vətəndaşları ilə yanaşı, bu ölkədə yaşayış qeydiyyatında olan digər Avropa İttifaqı vətəndaşlarına da şamil edilib. Seçki vaxtı Avstriyadan kənarda olan və ya xaricdə yaşayan ölkə vətəndaşları məktub vasitəsilə səsvermədə iştirak edə biləcəklər.
Avropa Parlamentinə seçkilər üzv ölkələrin hamısında mayın 23-26-da keçiriləcək. Hər ölkənin müvafiq qurumu seçkilərin dəqiq gününü müəyyən edir. Böyük Britaniya Avropa İttifaqını tərk edəcəyi təqdirdə Avropa Parlamentində deputatların sayı 751-dən 705-ə düşəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]
İran Amerika bazasındakı dörd obyektə zərbə endirib
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]