Avstriyalı idmançı Avropanın cənubundan şimalınadək olan məsafəni velosipedlə rekord müddətdə qət edib
Vyana, 16 avqust, AZƏRTAC
Avstriyalı ekstremal idmançı Volfqanq Faşinq Avropanın ən ucqar cənub nöqtəsindən şimalınadək məsafəni velosipedlə rekord müddətə qət edib.
AZƏRTAC xəbər verir ki, Cəbəllüttariqdən yola çıxan idmançı 12 gün 20 saat 47 dəqiqə ərzində Norveçin şimalındakı Nordkapp kommunasına qədər olan 5656 kilometr məsafəyə yürüşü uğurla başa vurub. Bununla da o, 1998-ci ildə Frans Kasererin rekordunu (13 gün 20 saat) böyük fərqlə yeniləyib. İdmançı bu müddət ərzində cəmi 18 saat yatıb.
V.Faşinqin komandasından bildirilib ki, o, qəza nəticəsində 17 saat fasilə verməyə məcbur olmasaydı, bu məsafəni daha qısa vaxtda başa vura bilərdi.
Mental məşqçi olan 52 yaşlı V.Faşinq indiyədək ABŞ, Rusiya və Avstraliyanın ən ucqar nöqtələri arasında məsafələri velosipedlə rekord müddətdə qət edib. O, 1997-ci və 1998-ci illərdə 24 saatlıq qaçış üzrə dünya çempionu adını qazanıb, 2001-ci və 2009-cu illər arasında isə “Yeddi zirvə”ni (hər materikin ən yüksək nöqtəsini) fəth edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]