Avtobus və avtomobilin vurduğu piyadaların həyatını xilas etmək mümkün olmamışdır
Bakı, 19 noyabr (AZƏRTAC). Bakı şəhər sakini Mövlaqulu Quliyev idarə etdiyi “İsuzu“ markalı avtobusla Sabunçu rayonunun ərazisində Qəndab Musayevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyadanın həyatını xilas etmək mümkün olmamışdır.
Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində isə paytaxt sakini Asim Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə İrşad Mustafayevi vurmuşdur. Xəstəxanaya aparılan İ.Mustafayev orada ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hər iki hadisə ilə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]