Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə Biləcəri qəsəbəsində saxlanılıb
Bakı, 18 may, AZƏRTAC
Bərdə rayon sakini E.Əliyevin “Lada Priora” markalı avtomobilini mayın 16-da qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Behbudov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birlikdə Biləcəri qəsəbəsi ərazisində yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, mayın 16-da Bakı şəhər sakini M.Tarverdiyevin mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini B.Sodiyev həmin rayon polis idarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.