Avtomobilin vurduğu uşaq hadisə yerində ölüb
Ağsu, 15 aprel, AZƏRTAC
Ağsuda 5 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciəli hadisə ötən gün axşam saat 19:30 radələrində rayonun Cəlayır kəndində qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən qəflətən qaçaraq yola çıxan 2015-ci il təvəllüdlü Əsədova Gülər İxtiyar qızını vurub. Uşaq aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Məlumata görə, hadisə uşağın anası yol kənarındakı əkin sahəsində olarkən baş verib. Nəzarətsiz qalan uşağın avtomobil yoluna çıxması faciəyə səbəb olub.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.