Avtovağzalda çantadan 500 manat və 4 min ABŞ dollar oğurlanıb
Bakı, 5 iyun AZƏRTAC
Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4 min ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]