AZAL-a məxsus helikopterlər 50 faiz endirimlə təkrar hərraca çıxarılacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
Noyabrın 15-də “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin balansında olan 3 helikopter beşinci dəfə 50 faiz endirimlə hərraca çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Airbus Helicopters EC-155B1”, “Airbus Helicopters EC-155B1” və “Airbus Helicopters EC-135P2” markalı helikopterlərin hər birinin start qiyməti 1 milyon manat olacaq. Bunun 10 faizi beh kimi ödənilməlidir.
Sifarişlər Xidmətin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud “e-emlak.gov.az” elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]