Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan aktiv tektonikanın və zəlzələlərin tədqiq edilməsinə yönəlmiş meqalayihəyə qoşulub

Azərbaycan aktiv tektonikanın və zəlzələlərin tədqiq edilməsinə yönəlmiş meqalayihəyə qoşulub

Layihə sentyabrın 1-də başlamaqla 3 il müddətinə nəzərdə tutulub

Bakı, 17 iyul, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan Çindən Tyan-Şan dağları boyunca Qırğızıstan, Türkmənistan, İran və Türkiyə ərazisinədək uzanan geniş bir ərazidə aktiv tektonikanın və zəlzələlərin tədqiq edilməsinə yönəlmiş meqalayihəyə qoşulub. Azərbaycanın bu mühüm layihədə iştirakı Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) gənc Azərbaycan alimlərinin Oksford, Kembric universitetlərinin alimləri, habelə BP şirkətinin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq etməsi üçün gözəl imkan yaradır. Tədqiqatlar geoloji inkişafın tarixi, eləcə də tədqiq olunan regionlarda və bitişik ərazilərdə aktiv tektonik proseslərin, seysmik aktivliyin və potensial təbii risklərin ətraflı xəritələşdirilməsi sahəsində yeni mühüm məlumatlar əldə etməyə imkan verəcək.

Xəzər regionunda böyük iş təcrübəsi olan, bölgənin geologiyasını mükəmməl bilən və BP tərəfindən layihəyə rəhbərlik edən “BP-Azerbaijan” şirkətinin geoloji-kəşfiyyat və qiymətləndirmə işləri üzrə vitse-prezidenti Qreq Rayli AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab Rayli, Azərbaycanın bu meqalayihəyə qoşulması fikri necə yarandı? AMEA, Böyük Britaniyanın Oksford və Kembric universitetləri, habelə BP kimi mühüm qurumların mütəxəssislərini bir araya gətirməyi necə bacardınız?

- Əslində bütün bunların necə baş verdiyi olduqca maraqlı hadisədir. Bildiyiniz kimi, neft və qaz sənayesi elm və mühəndisliyi özündə birləşdirir.

Azərbaycanın bu meqalayihəyə qoşulmasının təşəbbüskarı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olan dünya şöhrətli alim, professor Rəşid Cavanşir olub və o, BP-də işləməyə başlamazdan əvvəl AMEA-nın Dərin Neft və Qaz Sahələrinin Problemləri İnstitutunun elm üzrə direktor müavini işləyib və orada ilk dəfə Kanada, ABŞ və İngiltərədəki şirkətlərlə birgə tədqiqatların aparılmasına dair müqavilələr bağlayıb. O, 200-dən çox kitab və məqalə dərc edib, “Energy Sources” (ABŞ) jurnalının regional redaktoru işləyib və “Journal of Petroleum Science and Engineering” (Niderland) jurnalının redaksiya heyətinin üzvü olub. O, BP-də bir sıra rəhbər vəzifələrdə çalışıb, eyni zamanda, 2003-2006-cı illərdə Şimal dənizinin (Şotlandiya) cənub hissəsində əməliyyatlar üzrə biznes bölümünün rəhbəri, 2009-2012-ci illərdə Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezident və daha sonra isə 2012-2015-ci illərdə BP-nin (London) strategiya və inteqrasiya məsələləri üzrə baş vitse-prezidenti olub.

R.Cavanşir bu mühüm əməkdaşlığı təşkil etmək üçün öz unikal təcrübəsindən istifadə etdi və Azərbaycanının və Böyük Britaniyanın elm ictimaiyyətləri ilə çalışdı.

Həmçinin AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi ilə akademiyanın alimlərini və professor Riçard Uolkerin rəhbərliyi ilə Böyük Britaniyanın məşhur fədakar alimlərini özündə birləşdirən son dərəcə səriştəli mütəxəssislər qrupunu da xüsusi qeyd etmək istərdim. İ.Quliyev həmişə dünyanın ən böyük elmi mərkəzləri ilə əməkdaşlığın tərəfdarı olan, müzakirələrə açıq, gənc alimlərlə işləməyə böyük diqqət ayıran dinamik bir alim olub və bu cür də qalır. AMEA-nın müasir avadanlıqlarla təchiz olunmuş bir elmi mərkəz kimi malik olduğu texniki bazası, dünyanın elmi institutları ilə oxşar layihələr üzrə əməkdaşlıqda uğurlu iş təcrübəsi bu layihə çərçivəsində araşdırmaların ən yüksək səviyyədə aparılacağını inamla deməyə imkan verir.

Qeyd etmək istərdim ki, əvvəllər BP şirkətində qlobal geoloji-kəşfiyyat və tədqiqat işlərinə məsul olan doktor Mayk Deyli, Böyük Britaniyanın Oksford Universiteti ilə birlikdə bu layihədə iştirak edir. Onun təcrübəsi və biliyi, şübhəsiz ki, layihənin həyata keçirilməsinə kömək edəcək. Beləliklə, bu layihə yüksək elmin tərəqqisinə və beynəlxalq elmi əməkdaşlığın inkişafına sadiq olan alimlərin güclü entuziazmı nəticəsində ərsəyə gəlib.

- Seysmik və tektonik proseslərin öyrənilməsinin əhəmiyyəti zəlzələlərin baş verdiyi, tektonik proseslərin aktiv olduğu regionlar üçün xüsusilə aktualdır. Bu yaxınlarda Xəzər dənizində çox sayda neft və qaz yatağının olduğu ərazidə palçıq vulkanının püskürməsi bunu bir daha təsdiqlədi. Bu layihənin ölkəmizdəki əsas məqsədləri nədən ibarətdir?

- Azərbaycanda və Xəzər dənizində aparılan birgə tədqiqat işləri daha geniş icmanın və beynəlxalq alimlər konsorsiumunun bir hissəsini təşkil edir. Təklif olunan tədqiqat proqramı Cənubi Xəzər hövzəsində və ona bitişik ərazilərdə tektonik inkişaf tarixinin, aktiv tektonikanın, zəlzələlərin və təbiətlə bağlı risklərin və təhlükələrin öyrənilməsini əhatə edir. Proqram dənizdəki seysmik məlumatların təfsirindən tutmuş qurudakı tektonik geomorfologiya və paleoseysmologiyaya qədər olan bütün növ tədqiqatları əhatə edir.

Cənubi Xəzər hövzəsinin tektonik tarixinin və inkişafının öyrənilməsi seysmik əksolunmalara dair məlumatların və mövcud seysmoloji məlumatların təhlili və təfsiri yolu ilə həyata keçiriləcəkdir. Buraya zəlzələlər, qravimetrik və maqnitometrik məlumatlar bazası daxildir. Məsələn, Şimal Abşeron-Abşeron-Kür çayı xətti boyunca əsas struktur elementlərinin xəritələşdirilməsi, geoloji inkişaf tarixinin öyrənilməsi planlaşdırılır.

Yerüstü tədqiqatlar nəticəsində tektonik inkişaf tarixi, aktiv tektonizm, mümkün zəlzələlərin və onunla bağlı (həm yaşayış məntəqələri üçün, həm də boru kəmərləri də daxil olmaqla regiondakı mühüm infrastruktur şəbəkəsi üçün) potensial risk və təhlükələrin proqnozlaşdırılmasına dair məlumatlar əldə ediləcək.

Bu növ tədqiqatların nəticələri çoxşaxəli olacaq. Yerin təkində baş verən tektonik proseslər və zəlzələlər haqqında məlumatların effektiv şəkildə toplanılması, iki geoloji cismin toqquşduğu dərin geoloji prosesləri daha yaxşı anlamağa kömək edəcək. Bu toqquşma, yer qabığında və dərin bölgələrdə hərəkətə səbəb olan iki böyük geoloji plitənin bir-birinə doğru yaxınlaşmasının nəticəsidir ki, bu proses də öz növbəsində zəlzələlərin baş verməsinə səbəb olur. Bu proseslərin daha yaxşı başa düşülməsi potensial olaraq mümkün zəlzələnin baş vermə tezliyini və sahəsini proqnozlaşdırmağa kömək edə bilər.

- Bu cür birgə seysmoloji və geofiziki tədqiqatlarda iştirak etmək BP şirkəti üçün hansı əhəmiyyəti daşıyır?

- Həmin layihə elmi-tədqiqat layihəsidir və biz bu cür layihələri alqışlayırıq. Tədqiqat zamanı həm Xəzər hövzəsində, həm də quruda baş verən seysmik və tektonik proseslər barədə əldə edilən yeni məlumatlar şirkətin işində vacib əhəmiyyət daşıyır, çünki bu, neft və qaz çıxardığımız karbohidrogen hövzəsini daha yaxşı anlamağımıza kömək edə bilər.

Hesab edirəm ki, bu layihədə qarşıya qoyulmuş tapşırıqlar üzərində nə qədər çox alim işləyərsə və əməkdaşlıq edərsə, uzunmüddətli perspektivdə bizim üçün bir o qədər yaxşı olar. Azərbaycanın uzunmüddətli tərəfdaşı kimi, biz, həmçinin artan qarşılıqlı anlaşmadan da bəhrələnirik. Bundan əlavə, bu, əməkdaşlıq üçün yaxşı bir fürsət və gənc azərbaycanlı alimlərlə təcrübə mübadiləsi üçün gözəl bir imkandır.

Onu da qeyd etmək istərdim ki, BP-dən bu layihədə geologiya sahəsi üzrə iki yerli gənc aparıcı mütəxəssis iştirak edir.

- Cari ilin mart ayında bu layihə çərçivəsində "Azərbaycan və Cənubi Xəzərdəki aktiv tektonikanın və zəlzələlərin birgə tədqiqi" adlı ilk onlayn seminar keçirildi, görüşlər təşkil edilir. Konkret praktiki işlər, xüsusən də sahə işləri nə vaxta nəzərdə tutulur?

- Layihə 2021-ci il sentyabrın 1-də başlamaqla 3 il müddətinə nəzərdə tutulub. Mart ayında Böyük Britaniyanın Oksford Universiteti, AMEA-nın Yer Elmləri Bölməsi və Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən təşkil olunan ilk onlayn seminar müzakirələr üçün bir növ başlanğıc rolunu oynadı. İclasın moderatoru Oksford Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, professor kimi hər iki tərəfi təmsil edən Rəşid Cavanşir oldu.

Layihənin həyata keçirildiyi müddətdə hər il sahə işləri və tədqiqat qruplarının iclasları keçiriləcək. Bunlar BP və AMEA ilə tərəfdaşlar arasında keçirilən görüşləri ilə bir yerdə təşkil olunacaq. Paleoseysmik tədqiqatlar Qərbi Xəzər qırılma zonasında aparılacaq. Qırılmalar sahildən cənuba doğru uzanır, beləliklə sahil və dəniz məhdudiyyətlərini yer, sürət, seysmik potensial və tektonik tarixlə əlaqələndirə bilərik.

Potensial riskləri və təhlükələri qiymətləndirmək məqsədilə Qafqaz dağlarının ətəklərində qırılmaların sürüşmə sürətini və paleoseysmik tarixini müəyyənləşdirmək və ehtimal olunan maksimum həcmini qiymətləndirmək üçün sahə tədqiqatlarının aparılması nəzərdə tutulur. Layihənin 2-ci və 3-cü illərində Azərbaycanda daha konkret tədqiqat sahələri müəyyən ediləcək və aktiv qırılma zonalarının ətraflı xəritəsi tərtib ediləcək. Layihənin 1-ci və 2-ci ilinin sonunda görülən işlərin gedişi və əldə edilmiş nəticələr haqqında birgə hesabatlar təqdim ediləcək və 3-cü tədqiqat ilinin sonunda isə yekun hesabat hazırlanacaq.

Bütün layihə iştirakçılarının qarşısında görülməli böyük və maraqlı iş dayanıb və şübhəsiz ki, layihə çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar ən yüksək səviyyədə həll ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb