Azərbaycan alimləri beynəlxalq konfransda iştirak etmişlər
Bakı, 21 noyabr (AZƏRTAC). Türkiyənin Təkirdağ şəhərində keçirilən “Xalq mədəniyyətində su” mövzusunda beynəlxalq elmi konfrans başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları - Oruc Əliyev, Ağaverdi Xəlil, Qalib Sayılov, İslam Sadıq, Nizami Məmmədov və Əziz Ələkbərli iştirak etmişlər.
İki gün davam edən konfransda ümumilikdə 124 məruzə dinlənilmişdir.
Konfransda alimlərimizin “Azərbaycan xalq nağıllarında su”, “Eposda arxaik sudan keçid ritualının rudimentləri”, “Azərbaycan dini folklorunda su”, “Şumer və türk folklorunda su motivi”, “Məmməd Arazın şeirlərində su motivi” və “İrəvan çuxuru folklorunda su” adlı məruzələri maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]