Azərbaycan alimlərinin məqaləsi “Scopus” bazasında Q1 kvartili üzrə indeksləşən jurnalda dərc olunub
Bakı, 30 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi dosent Fərqanə Abdullayeva və institutun doktorantı Orxan Vəlixanlının həmmüəllifi olduqları məqalə “Elsevier” nəşriyyatında dərc olunan “Cyber Security and Applications” jurnalında çap olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məqalədə pilotsuz uçuş aparatlarının naviqasiya sisteminə qarşı edilən GPS əngəlləmə kiberhücumunun aşkarlanması üçün multimodal dərin təlim metodu təklif olunub. Həmin metodda siqnal parametrlərindən və spektroqramlardan istifadə edilib. Siqnal parametrləri üçün çoxlaylı perseptron tətbiq olunub və 96.25 faiz aşkarlama dəqiqliyi əldə edilib. Spektroqramlar üçün isə konvalyusiya (bükülmə) neyron şəbəkəsi tətbiq olunub və 94.66 faiz aşkarlama dəqiqliyi əldə edilib. Lakin nəticələri daha da yaxşılaşdırmaq üçün qeyd edilən hər iki metod birləşdirilib. Bunun üçün isə multimodal dərin təlim metodundan istifadə edilib. Bu zaman aşkarlama dəqiqliyi 99 faizədək yüksəlib.
“Cyber Security and Applications” jurnalı “Scopus” bazasında indeksləşir, Q1 kvartilinə daxildir və 12.0 SJR indeksinə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]