Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrliyi dövründəki prioritetlərini açıqlayıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun (TƏF) Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, çıxış zamanı Azərbaycanın TƏF-ə sədrliyinin prioritet məsələlərindən və müəyyən edilmiş Təhlükəsizlik Dialoqlarından danışan nazir vurğulayıb ki, Azərbaycanın TƏF-də sonuncu sədrliyi 17 il bundan öncə olub və o vaxtdan bəri ATƏT regionunda ümumi təhlükəsizlik mühitini mürəkkəbləşdirən bir çox hadisələr baş verib. Dəyişilməz qalan isə bizim həm ATƏT, həm də TƏF çərçivəsində əməkdaşlığımızın təməl prinsipləridir. Buraya, Helsinki Yekun Aktından başlayaraq ATƏT-in əsas sənədlərində təsbit olunmuş fundamental normalara, prinsiplərə və öhdəliklərə qeyd-şərtsiz hörmət, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi daxildir.

Ceyhun Bayramov vurğulayıb ki, dövlətlərarası davranışın əsas prinsiplərinin kobud şəkildə pozulması nəticəsində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri təhlükə altına düşmüşdü. Lakin 2020-ci ilin payızında silahlı qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı bu vəziyyətə son qoydu.

“Azərbaycanın sədrlik gündəliyinə TƏF üçün yüksək əhəmiyyət kəsb edən və aktual məsələlər üzrə Təhlükəsizlik Dialoqlarının həyata keçirilməsi daxil edilib. Belə ki, ilk Təhlükəsizlik Dialoqu gələn həftə beynəlxalq humanitar hüquqa riayət olunması və mülki şəxslərin müdafiəsi mövzusu üzrə keçiriləcək. bu Təhlükəsizlik Dialoqu vasitəsilə dövlətlərin beynəlxalq humanitar hüquq və ATƏT-in müvafiq öhdəliklərinə əməl etməsini təşviq etmək və gücləndirməyi, habelə onların pozuntularına görə cavabdehliyin vacibliyi məsələsinin müzakirəsini təşkil etməyi hədəfləyirik”, - deyə nazir diqqətə çatdırıb.

Diqqətə çatdırılıb ki, digər iki Təhlükəsizlik Dialoqu Yüngül və Atıcı Silahların və Adi Sursat Ehtiyatlarının müxtəlif aspektlərinə həsr ediləcək. Onlardan biri əldə edilmiş təcrübəyə diqqət yetirməklə, ATƏT-in müvafiq öhdəliklərinin yerinə yetirilməsi mövzunu əhatə edəcək. Digər Təhlükəsizlik Dialoqu minalarla mübarizə məsələsinə diqqət yetirəcək.

Nazir bildirib ki, ATƏT-in hərtərəfli və çoxölçülü təhlükəsizlik konsepsiyası nöqteyi-nəzərindən, praktiki yardım layihələrinin həyata keçirilməsi digər təhlükəsizlik sahələrində, məsələn, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasının asanlaşdırılması ilə bağlı öhdəliklərimizin yerinə yetirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, ATƏT-in “hərbi-siyasi bloka qoşulmayan” iştirakçı dövləti olan Azərbaycan, həmişə ATƏT-i ümumavropa təhlükəsizlik arxitekturasının əsas sütunu kimi görüb və hesab edib ki, ATƏT-in fundamental sənədlərində dəstəklənən təhlükəsizliyin bölünməzliyi qorunmalıdır. Sədrliyimiz çərçivəsində Təhlükəsizlik dialoqlarından biri də heç bir siyasi-hərbi alyansa daxil olmayan ölkələrin Avropa təhlükəsizlik arxitekturasındakı yeri və roluna, eləcə də ATƏT məkanında təhlükəsizlik və sabitliyə töhfə verməklə bağlı yanaşma və təcrübələrinə həsr olunacaq.

Sədrliyimizin növbəti Təhlükəsizlik Dialoqunun terrorizmin bütün forma və təzahürləri ilə mübarizəyə həsr olunacağını vurğulayan C.Bayramov deyib ki, ATƏT özünün nadir hərtərəfli təhlükəsizlik konsepsiyasına əsaslanaraq, terrorizmin maliyyələşdirilməsi, xarici terrorçu döyüşçülər fenomeni və terrorizm, o cümlədən çirkli pullarla muzdluların və terrorçuların maliyyələşdirilməsi, habelə separatizm və zorakı ekstremizm, mütəşəkkil cinayətkarlıq və digər qeyri-qanuni fəaliyyətlər arasında əlaqələr daxil olmaqla, vahid yanaşma vasitəsilə terrorizmlə mübarizə və onun qarşısının alınması üçün yaxşı mövqeyə malikdir.

“Növbəti Təhlükəsizlik Dialoqumuz adi silahlara nəzarət, eləcə də etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini əhatə edəcək. Azərbaycan öz təcrübəsinə əsaslanaraq, bu sahədə mövcud olan təhlükə və çağırışlara yaxşı bələddir. Son otuz ilə yaxın müddətdə biz, ərazilərimizin işğalı ilə bağlı status-kvonu gücləndirmək kimi yanlış cəhdlər çərçivəsində bütün tətbiq edilən silahlara nəzarət rejimlərinə, habelə etimad və təhlükəsizlik tədbirlərinə qəsdən məhəl qoyulmadığının və onlardan boyun qaçırıldığının şahidi olduq. Bu təcrübəyə əsaslanaraq, biz əminik ki, dövlətlərin mövcud rejimlər altında silahlara nəzarət və etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair öhdəliklərini yerinə yetirməsi həm sözdə, həm də əməldə ATƏT regionunda sülh, təhlükəsizlik və sabitliyə mühüm töhfə verə bilər”, - deyən xarici işlər naziri əlavə edib ki, nəhayət, yekun Təhlükəsizlik Dialoqumuz münaqişədən sonrakı yenidənqurma məsələlərinə diqqət yetirəcək və ATƏT regionunda əldə edilmiş təcrübəyə əsaslanacaq. ATƏT-in münaqişə dövrü ilə bağlı alətləri Təşkilatın münaqişədən sonrakı yenidənqurmada geniş və əhatəli şəkildə iştirakı üçün əsası təmin edir. Azərbaycan TƏF sədrliyi müddətində Təşkilatın əsasını təşkil edən fundamental prinsiplərə hörməti təmin etməklə yanaşı, ümumi siyasi və hərbi öhdəliklərimizin həyata keçirilməsini təşviq etmək və gücləndirmək üçün digər iştirakçı dövlətlərlə fəal şəkildə işləyəcək.

İclasın sonunda nazir Ceyhun Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, prioritetlərini dəstəkləyən və bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilmiş bir sıra rəy və təkliflərə münasibət bildirib. Eyni zamanda, müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyadakı sarı qızdırma epidemiyasının səbəbi tapılıb

Texasdakı qəzadan sonra ABŞ-də “Apache” helikopterlərinin uçuşları dayandırılıb

İndoneziya sahillərində 7,7 bal gücündə zəlzələ baş verib

Azərbaycanın zəngin mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub

Qərbi Afrikada iqlim fəlakəti: 32 milyon insan evini tərk edə bilər

ABŞ Bolqarıstana “F-16 “qırıcılarının çatdırılmasını 2030-cu ilə qədər təxirə salır

Qazaxıstandakı beynəlxalq toplantıda Azərbaycanın gənc yol müfəttişləri ölkəmizi təmsil edirlər

Tramp Kamala Harrisin sərhəd siyasətini tənqid edib

Türkiyə Superliqası: "Qalatasaray" mövsümə xal itkisi ilə başlayıb

Kanada İranın 5 yüksəkvəzifəli şəxsini sanksiya siyahısına saldı

Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb YENİLƏNİB

“Kapellhaus Garden Hall”: Ulduzlu səma altında klassik musiqi səslənib

"Bloomberg": ABŞ Kubaya qarşı iqtisadi təzyiqləri gücləndirir

Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəsadlar törədib

Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində

Rəcəb Tayyib Ərdoğan: AK Parti – Türkiyənin uğurlarının əsas hərəkətverici qüvvəsidir

Almaniyanın altı əyalətində meşə yanğınları baş verib

Böyükşor gölündə yaşıl rəngli kütlə müəyyən edilib – laborator analizlər aparılır

FHN: Qubadakı zəlzələ nəticəsində dağıntı və xəsarət qeydə alınmayıb

Peşə təhsili müəssisələrinə qəbulun I mərhələsinin nəticələri açıqlanıb

“Neftçi” fransalı futbolçu ilə yollarını ayırıb

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilib

Quba rayonunda zəlzələ baş verib

Tacikistanda tərkibində şəkər olan içkilərə vergi tətbiqi imkanları araşdırılır

“Beşiktaş” yeni transferi Duşan Vlahoviçi ictimaiyyətə təqdim edib

Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

Almaniya və İtaliya arasında sığınacaq axtaran şəxslərin qəbulu ilə bağlı fikir ayrılığı yaranıb

Binəqədidə ağacların kəsilməsi nəticəsində təbiətə 39 min manatdan çox ziyan dəyib

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub

Bu saata olan əsas xəbərlər

Fransada 15 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması əngəllənib

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi VİDEO

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb

Siyasi şərhçi: Naxçıvan blokadadan tranzit və enerji qovşağına çevrilmə mərhələsinə qədəm qoyur

Azərbaycan iyun ayında Türkiyəyə qaz tədarükçüləri siyahısına başçılıq edib

AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir

İğdırda Ermənistanın köhnəlmiş AES-i ilə bağlı məsələyə diqqət çəkdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirlər

Ötən ilin büdcəsində “Ətraf mühitin mühafizəsi” sektoru üzrə vəsaitin 67,7 faizini yerli icra hakimiyyəti orqanları xərcləyib

AKİA-nın sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib

Nəticəəsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlar üzrə 2025-ci il üçün monitorinqin nəticələri açıqlanıb

Ayxan Abbasov: “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb

Bakı, Sumqayıt və Abşeronda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Vaşinqtonda “Çolpon-Ata Sammiti və Trans-Xəzər əməkdaşlığında növbəti addımlar” mövzusunda tədbir təşkil edilib

Naxçıvan Azərbaycanın siyasi, geostrateji və təhlükəsizlik maraqları baxımından böyük əhəmiyyətə malikdir

Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub

Ötən il kənd təsərrüfatı sektoruna ayrılan vəsait açıqlanıb

Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb

“İdman TV” yeni mövsümdə nüfuzlu futbol yarışlarını yayımlayacaq

Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü təşkil olunub

Bu il baş tutan elektron satınalmalar nəticəsində büdcədə qənaət edilmiş məbləğin həcmi açıqlanıb

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Qazaxıstanda elektrik enerjisinin verilişi bərpa olunur – YENİLƏNİB

Daşınmaz əmlak üzrə texniki pasport və ipoteka müqavilələrinin sayı açıqlanıb

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Yeddi ayda 207 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İkinci ixtisas qrupunda 500-600 bal arasında nəticə göstərən abituriyentlərin sayı açıqlanıb

“Araz-Naxçıvan” daha 2 futbolçu transfer edib

Naxçıvanın iqtisadi inkişafında yeni mərhələ: investisiyadan regional bağlantılara ŞƏRH

Ekoloq: Şəhər mühitində yaşıllıq sahələrinin artırılması vacibdir

Bakıda badminton üzrə beynəlxalq turnirə start verilib

Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Qazaxıstan XİN-ə təqdim edib

Günay Əfəndiyeva: Azərbaycan ilə Çini qədim tarix və mədəni irsə ehtiram birləşdirir

Rəssamlıq Akademiyası rəqəmsal transformasiya və yaradıcı sənayenin inkişafını prioritet elan edir

İnformasiya və rabitə xidmətləri 10,4 faiz artıb

Naxçıvan - Azərbaycanın regional siyasətində strateji dönüş nöqtəsi

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Bakıda Çinin “İrs Keşikçisi” sənədli filminin təqdimatı olub VİDEO

Yeddi ayda nəqliyyat və anbar təsərrüfatı sahəsində 9,2 milyard manatlıq xidmət göstərilib

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

Naxçıvanda iqtisadi inkişafla yanaşı, şəhid ailələrinə dövlət qayğısı da xüsusi diqqət mərkəzindədir RƏY

Samir Əliyev: “Qarabağ” mərhələ adlayaraq öz işinin öhdəsindən gəldi

Hansı çağırışçılar yekun tibbi müayinəyə cəlb edilirlər?

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

Van Lu: “İrs Keşikçisi” filminin Azərbaycan dilində təqdim olunması iki xalq arasında mədəni dialoqun gözəl nümunəsidir VİDEO

“CITIC Group” şirkətinin Bakıdakı süni intellekt hesablama platforması layihəsində iştirakı dəyərləndirilib

Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil

Prezident İlham Əliyevin Naxçıvana səfəri daha geniş siyasi və geostrateji məzmun daşıyır ŞƏRH

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

Səfir: Çin Radio və Televiziya Mərkəzi Azərbaycan mediasına bir sıra proqramlar təqdim edəcək VİDEO

® “Trendyol” "CEV EuroVolley 2026 Women"in titul sponsorudur

“Mançester Siti” Enzo Fernandes üçün “Çelsi”yə 120 milyon avro təklif edib

İkinci ixtisas qrupunda 600 və daha çox bal toplayan abituriyentlərin sayı açıqlanıb

“Qarabağ”ın “Tvente” ilə səfər oyununa hakim təyinatları açıqlanıb

Ekspert: Azərbaycanda metal istehlakında artım 2035-ci ilədək davam edəcək

Abituriyent məsləhət mərkəzləri həftəsonu da fəaliyyət göstərəcək

Alim: Naxçıvanın qapıları açıldıqca onun qədim tarixini dünyaya daha yaxından tanıdacağıq

İkinci ixtisas qrupunda 16 min 30 plan yeri ayrılıb

Əliyar Ağayev Mahir Emrelinin çıxış etdiyi komandanın oyununa təyinat alıb

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Naxçıvanın tarixi siması olan Möminə xatun türbəsi keçmişlə gələcək arasında möhkəm körpüdür - REPORTAJ VİDEO

Nursu – Məmməd Arazın doğma yurdunda tarixlə gələcək qovuşur

Rəssam və şair Nazim Şahın “13-cü dua” adlı fərdi sərgisi açılıb

Lənkəranda sakinlərin su və kanalizasiya ilə bağlı müraciətləri dinlənilib

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Bölgələrdə ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağacaq - PROQNOZ VİDEO

Naxçıvan dünya əhəmiyyətli logistik mərkəzə və strateji plasdarma çevriləcək ŞƏRH

“Fənərbağça” braziliyalı futbolçu Fredlə yollarını ayırıb

Azərbaycan dilində vikipediya üçün ilk dəfə süni intellektəsaslı alət hazırlanıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Heyvan kəsimi məntəqələrində hansı tələblərə əməl olunmalıdır? VİDEO

Naxçıvanın inkişafına yönəlmiş genişmiqyaslı layihələr regionun gələcəyinə verilən önəmin bariz ifadəsidir - MÜSAHİBƏ